“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq üçün dəyişiklik edilib.
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri”nin altıncı hissəsində “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə, “the foreigners passport or stateless persons identification document” sözləri “the passport or other travel document” sözləri ilə əvəz edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri”nin altıncı hissəsində “onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilsin, “confirms the immigrant status of its holder and” sözləri çıxarılsın və “the foreigners passport or stateless persons identification document” sözləri “the passport or other travel document” sözləri ilə əvəz edilsin.
5. Həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri”nin ikinci hissəsinin səkkizinci abzasında “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq” sözləri ilə əvəz edilsin.
6. Həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın nümunəsi”ndə “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq” sözləri ilə, “without a visa when produced together with the foreigners passport or stateless persons identification document” sözləri “when produced together with the passport or other travel document” sözləri ilə əvəz edilsin.