Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“O müəllimlərin maaşı artırılmayacaq”- Yenilənib (2 dəfə)

“O müəllimlərin maaşı artırılmayacaq”-  Yenilənib (2 dəfə)
"Bakıda isə müəllimlərinin dərs saatı və əmək haqqısı artırılacaq"


Hazırda Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilir.



Konfransda təhsil naziri Mikayıl Cabbarov, Bakı şəhəri üzrə təhsil idarəsinin müdir əvəzi Elnur Əliyev çıxış edib.



E.Əliyev tədbir iştirakçılarına 2014-cü il üzrə hesabatı təqdim edib, görülən işlər haqda məlumat verib.



Konfransda 3-dən çox məzunu qızıl medal alan 10 məktəbin direktoru təhsil nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Sonra tədbir iştirakçıları adından ölkə prezidentinə müraciət qəbul edilib.



***



Tədbirdə 193 saylı orta məktəbin direktoru Rəhim Hüseynov çıxış edib.



Direktor Təhsil Nazirliyinin cari tədris ilində gördüyü işlərdən danışıb və bunu yüksək qiymətləndirib: "Texniki təchizatla bağlı hər şey öz yerindədi. Mənə 4 noutbuk verilmişdi, sonra zəng edib dəqiqləşdirdilər. Elə bildim deyəcəklər ki, çox vermişik geri qaytarın. Amma əksində dedilər ki, əlavə lazım olsa deyin gətirək. Birinci dəfədir mən belə şeylə rastlaşırdım ki, əlavə nəsə vermək istəyirlər. 



Biz 7 ildir kurikulum sisteminə keçmişik. Amma müəllimlər hələ də kurikulumun nə olduğunu anlamır. Sinifdə stolları dairəvi birləşdirməklə, dərsin ortasında tarixdən, coğrafiyadan danışmaqla, dərsin ortasında mahnı oxumaqla kurikulum keçdiklərini düşünürlər. Kurikulumu şagirdlər müəllimlərdən və valideynlərdən daha yaxşı anlayırlar".



***



Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək ölkə rəhbərliyinin cəmiyyətdəki sabitlik və təhsilin inkişafı üçün atdığı addımları yüksək qiymətləndirdiyini deyib.



"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazir bildirib ki, yaxın vaxtlarda paytaxt müəllimlərinin dərs saatı və əmək haqqısı artırılacaq. Bu addım bölgə məktəbləri üçün atılmayacaq: "Bakı şəhərində yerləşən məktəblər lokomotiv funskiyasını yerinə yetirir. Müəllimlərin sınaq qiymətləndirilməsində 14% aşağı, 18% yüksək, 68% müəllimlər isə orta nəticə göstərib. Bəzi müəllimlərin dərs yükü azdır. Belə olanda halda dərs saatına uyğun əmək haqqının artırılması ciddi nəticə verməzdi. Biz öncə dərs yükünü optimallaşdırmalıyıq, sonra əmək haqları artırılacaq. Sınaq qiymətləndirmələri keçirdik. Bakı şəhərində yerləşən sınaq qiymətləndirilməsi imtahanından keçən müəllimlərin əmək haqlarının artırılması nəzərdə tutulub. Sınaq qiymətləndirilməsində iştirak etmədiyi üçün bölgələrdə yerləşən məktəblərin müəllimlərinin əmək haqqı artırılmayacaq. Biz nəzərdə tuturuq ki, növbəti dövrdə bölgələrdə sınaq qiymətləndirilməsi keçirilsin. Bundan sonra qiymətləndirməyə uyğun olaraq dərs saatı və hər saatın maddi dəyəri artırılacaq".


Teqlər:
Bu xəbər cəmi 1855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR