Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Daha bir məmur korrupsiyaya görə həbs olundu

Daha bir məmur korrupsiyaya görə həbs olundu
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tovuz rayon suvarma sistemləri idarəsinin vəzifəli şəxlərinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.


Prokurorluğun mətbuat xidmətindən  daxil olan xəbərə görə, müəyyən edilib ki, cəmiyyətin Tovuz rayon suvarma sistemləri idarəsinin rəisi Namiq Əliyev öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar olunmuş özgə əmlakını talama məqsədilə, formal olaraq maşinist kimi rəsmiləşdirilmiş, faktiki olaraq isə həmin idarənin xəzinədarı vəzifəsini icra edən İman Məhərrəmovla qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək müvafiq əmrlə həmin idarədə işçi kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işləmədikləri halda 29 şəxsin adına 2011-2013-cü illərdə əmək haqqı kimi hesablanmış 75.0 min manat, habelə mükafat qaydasında hesablanmış 40.0 min manat olmaqla, ümumilikdə 115.0 min manat məbləğində pul vəsaitini həmin şəxslərin adına olan plastik kartlardan istifadə etməklə bankomatlardan çıxararaq mənimsəyiblər. 



4 mart 2013-cü il tarixdə Tovuz rayon suvarma sistemləri idarəsinin inzibati binasına Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı İ.Məhərrəmovun iş otağındakı seyfin içərisindən ayrı-ayrı şəxslərin adlarına verilmiş 29 ədəd, idarə etdiyi “Nissan Sunny” markalı avtomobilin yük yerindən 25 ədəd, salonundan isə 1 ədəd plastik kartları, həmin kartların “pin kodu” yazılmış zərflər və digər sənədlər, N.Əliyevin iş otağından rayon suvarma sistemləri idarəsində işləyən fəhlə və qulluqçuların siyahıları, müxtəlif aktlar, vətəndaşlar tərəfindən yazılmış ərizələr, elektron yaddaş kartları, idarənin baş mühasibi Eldar Abbasın xidməti otağından isə müxtəlif sənədlər hal şahidlərinin iştirakı ilə götürülüb.



N.Əliyev və İ.Məhərrəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilmiş, N.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, İ.Məhərrəmov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.



Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:
Bu xəbər cəmi 1350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR