Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident təqaüdü alan 7 tələbənin hər iki valideyni yoxdur

Prezident təqaüdü alan 7 tələbənin hər iki valideyni yoxdur
Ənənəvi olaraq bu il də 600 və daha yüksək bal toplayanlar Komissiyaya dəvət olunmuş, onlarla anket sorğusu aparılmış, rəy və təklifləri dinlənilib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il ali məktəbə daxil olmuş və yüksək nəticə göstərmiş tələbələr haqqında məlumat yayıb. “Qafqazinfo” TQDK-nın saytına istiandən xəbər verir ki, ali təhsil müəssisələrinə 2014/2015-ci tədris ili üçün tələbə qəbulu başa çatıb. Bakalavriat səviyyəsinə 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında prezident İlham Əliyevin 9 sentyabr 2014-cü il Sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onlardan 7 nəfəri hər iki valideynini itirənlərdir. 27 nəfərin valideyni pedaqoq, 4 nəfərin valideyni təqaüdçü, 7 nəfərin valideyni hərbiçi, 11 nəfərin valideyni isə tibb işçisidir. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrin məzunlarının sayı bu il 882 nəfər təşkil edib. 600 və daha yüksək bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olanlar da (35 nəfər) var. Yüksək nəticə göstərənlər I qrup üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 488, II qrup üzrə (iqtisadiyyat üzrə ixtisaslar) 435, III qrup üzrə (humanitar ixtisaslar) 401, IV qrup üzrə (tibb ixtisasları) 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə – 700 bal toplayıb. Onlar I, II və IV ixtisas qrupları üzrə imtanan vermiş abituriyentlərdir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 5 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub. Ənənəvi olaraq bu il də 600 və daha yüksək bal toplayanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunmuş, onlarla anket sorğusu aparılmış, rəy və təklifləri dinlənilib. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub.

Teqlər:
Bu xəbər cəmi 1195 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR