Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

FHN çempionatı başladı

FHN çempionatı başladı
Bu gün Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə səmti müəyyən etmə idman növü üzrə FHN-in II qapalı çempionatına başlanılıb.


Rayondakı meşə massivində keçirilən yarışın açılış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman yarışına 21 qurumdan 21 komanda olmaqla 96 kişi və 5 qadın idmançının qatıldığını diqqətə çatdırıb. Bildirib ki, üç gün davam edəcək yarışda komandaların mübarizəsi ilə yanaşı, 15 nəfər iştirakçı şəxsi birincilik üzrə öz bacarığını nümayiş etdirəcək. Qeyd olunub ki, FHN-in səmti müəyyən etmə komandası dünya və Avropa çempionatlarında iştirak edir.



Füzuli Musayev yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN-in əməkdaşlarının və komanda üzvlərinin qidalanmaları, qalmaları üçün meşədə lazımı şəraiti olan çadırların qurulduğunu bildirib.



Yarışdan əvvəl baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilib. Qeyd edilib ki, yarışın baş hakimi Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının aviasiya təhlükəsizliyi kafedrasının baş müəllimi Nizami Mursakulovdur.



Açılış mərasimindən sonra yarışlara start verilib. Komanda və şəxsi yarışlar iki mərhələdə, qısa və uzun məsafədə keçiriləcək. Əvvəlcə yarışın ilk günündə iştirakçılar kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparacaqlar. Burada hər bir idmançıya 2 saat vaxt veriləcək. Həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılacaq. Sentyabrın 11-12-də isə 6-8 kilometr məsafədə yerləşən 10-12 nəzarət məntəqəsinin tapılması uğrunda yarış keçiriləcək. Həmin yarışda isə iştirakçılara 3 saat vaxt veriləcək.



Sonda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.


Teqlər:
Bu xəbər cəmi 1390 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR