Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

200 nəfərə saxta ünvanlı yardım təyin edən məmurun işi məhkəməyə verildi

200 nəfərə saxta ünvanlı yardım təyin edən məmurun işi məhkəməyə verildi
Məlumat verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyevin rayonun Talalar kənd sakinindən ünvanlı dövlət sosial yardımı təyin edilməsi müqabilində 400 manat məbləğində rüşvət tələb etməsi barədə sonuncunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ə.Əliyev vətəndaşdan həmin məbləğdə pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdı.


Həmin fakta görə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə açılıb,  istintaqla müəyyənləşdirilib ki, Ə.Əliyev 2009-2010-cu illərdə rayonun 200 sakininə 567 min 293 manat məbləğində ünvanlı sosial yardımın təyin edilməsi barədə yalan məlumatlar daxil edilmiş qərarları imzalayıb. Həmin saxta qərarlar əsasında mühasibat uçotu sektorunun müdiri, eyni zamanda baş mühasibi Kəmalə Əsədullayeva və məsləhətçisi Təranə Tinatiyeva tərəfindən 606 min 987 manat məbləğində külli miqdarda pul vəsaitləri mənimsəmə və israf etmə yolu ilə talanaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.



Bundan başqa, Kəmalə Əsədullayeva 2008-2010-cu illərdə Təranə Tinatiyeva və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş 200-dən artıq rayon sakinin hesablarından məbləğlərin 110 nəfərin hesabına köçürülməsinə və nağdlaşdırılıb çıxarılmasına nail olaraq 1 milyon 130 min 348 manat məbləğində külli miqdarda pulu mənimsəmə və israf etmə yolu ilə təkrarən talaybıb. Cinayət işi üzrə Əfqan Əliyev Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə) və 311.1-ci, Kəmalə Əsədullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), Təranə Tinatiyeva Cinayət Məcəlləsinin 179.3.2 və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.



Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Teqlər:
Bu xəbər cəmi 1370 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR