Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Asan imza” xidməti “Nar Mobile” ilə daha da asanlaşdı

“Asan imza” xidməti “Nar Mobile” ilə daha da asanlaşdı
Abunəçilər artıq paytaxt və Sumqayıtdakı bütün “Nar Mobile” xidmət mərkəzlərində «Asan imza» mobil elektron imza xidmətindən yararlana biləcəklər.


“Nar Mobile” mobil operatoru “Asan imza” mobil elektron imza xidməti göstərən mağazalarının sayını artırdı. Belə ki, abunəçilər artıq Bakı şəhərindəki bütün “Nar dünyası” mağazalarında, eləcə də Sumqayıtdakı hər iki mağazada “Asan imza” xidmətindən yararlana biləcəklər. Bundan başqa, Azərbaycan Respublikası Vergilər nazirliyinin Bakı şəhəri Mirəli Qaşqay küçəsi 56 ünvanda yerləşən “195” çağrı mərkəzində, eləcə də Bakı şəhəri Sabunçu rayonunda fəaliyyət göstərən “Asan xidmət-4” mərkəzində də “Asan imza” xidmətindən yararlanmaq mümkün olacaq.



Qeyd edək ki, “Asan imza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.



Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az saytlarında əldə etmək mümkündür.



Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri, eləcə də abunəçilərin hər zona üzrə eyni qiymət ödədikləri sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.


Teqlər:
Bu xəbər cəmi 1440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR