Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan hərbi gücünü göstərəcək

Azərbaycan hərbi gücünü göstərəcək
11-13 sentyabr tarixində Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq Müdafiə sənayesi “ADEX 2014” sərgisi keçiriləcək.


Milli müdafiə qüdrətimizin - müasir silah və texnikaların möhtəşəm nümayişi Azərbaycan Respublikası Müdafiə Sənayesi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunacaq. “ADEX 2014” sərgisinin təşkilati tərəfdaşı isə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.



Son illərdə Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib, ordunun maddi-texniki təchizat bazası kompleks şəkildə müasirləşdirilmiş və döyüş qabiliyyəti artırılıb. Azərbaycan xaricdən ən müasir hərbi texnika almaqla yanaşı, yerli hərbi sənayeni də inkişaf etdirərək genişləndirir. Dünya sərgilərində Azərbaycan müdafiə sənayesinin məhsulları nümayiş etdirilir və Respublikanın ixrac imkanları ildən-ilə artır.



Müdafiə sənayesi sahəsində ölkənin uğurlarını və sənayenin aparıcı xarici fiqurlarının hazırkı sahədə Azərbaycanla əməkdaşlığa olan marağını nəzərə alaraq, “ADEX 2014” sərgisinin təşkili barədə qərar qəbul edildi. Debüt sərgi yeni qlobal nailiyyətlər və yerli istehsalın ən böyük nümayiş meydançasına çevriləcək. Sərgiyə böyük maraq göstərilir. Dünyanın 33 ölkəsindən 170-dən artıq şirkət qarşıdan gələn “ADEX 2014” sərgisində öz iştirakını təsdiq edib. Azərbaycan, Türkiyə, Belarus, Koreya, Polşa, İsrail, Ukrayna və Rusiyadan 8 milli qrup sərgidə öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri Azərbaycanın milli pavilyonunda öz nailiyyətləri və perspektivləri barədə danışacaqlar.



Sərgi iştirakçıları arasında dünyaca məşhur “MBDA”, “Thales”, “Damen Shipyards Group” şirkətlər qrupu, “Rostexnologiya” korporasiyası, “Rosoboroneksport” (Rusiya), “Denel” (Cənubi Afrika), “Norinco” (Çin), “Bell Helicopter” (ABŞ), “Flir Systems” (ABŞ), “Roketsan” (Тürkiyə), “Havelsan” (Тürkiyə), Çinin “Tochmash” Dəqiq Maşınqayırma Korporasiyası (“Precision Mechanical Engineering Corporation”), “Ukroboronprom” (Ukrayna), “Yugoimport” (Serbiya), “Paramount Group” şirkətlər qrupu (Cənubi Afrika) və digərləri yer alır. Sərginin platin sponsoru qismində bütün dünya üzrə həm hərbi-dəniz, həm də kommersiya sektorunda keyfiyyətli gəmiqayırma işlərinə görə məşhur olan “Damen Shipyards Group” çıxış edir.



Ümumiyyətlə, “ADEX” sərgisində hərbi silahlar, radar qurğuları, döyüş sursatları, hərbi təchizat, mina əleyhinə sistemlər, elektron mühafizə vasitələri, yerdə, suda və havada mühafizə sistemləri, kosmik texnologiyalar, hərbi-dəniz texnikası və silahlar, aviasiya texnikasının modernizasiyası və təmiri üzrə proqramlar, texniki kəşfiyyat vasitələri, telekommunikasiya, optik elektron cihazlar, mühəndis qurğuları, xüsusi texnika, simulyatorlar və təlim proqramları, eləcə də bir çox digər məhsullar nümayiş etdiriləcək.



Sərgi sahəsində sənaye nazirliklərinin rəhbərləri, istehsal şirkətləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” adlı konfrans isə işgüzar proqramda mərkəzi yeri tutur. Konfransın proqramına mütəxəssislər, hərbi ekspertlər, dövlət strukturları və biznes nümayəndələrinin çıxışları daxildir. Ümumilikdə, konfransda 300-dən artıq insanın iştirakı gözlənilir. Konfrans “Jumeirah Bilgah Beach Hotel” mehmanxanasında keçiriləcəkdir.



“ADEX” sərgisi ölkənin hərbi potensialını nümayişi, biliklərin mübadiləsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal meydançaya çevrilməklə yanaşı, hazırkı sənayedə gələcək əməkdaşlıq üçün silah və hərbi texnikanın istehsalçı və sifarişçilərinin də diqqətini cəlb edəcək.


Teqlər:
Bu xəbər cəmi 1195 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR