Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası Babək Həmidovun təlimçi kimi iştirak etdiyi 2 günlük təlimdə könüllülərə Nikahın bağlanması qaydaları, Ər-Arvadın hüquq və vəzifələri, Uşaqların ailədəki hüquqları, Aliment öhdəlikləri, Nikahın pozulması qaydaları, nikah pozularkən ər-arvadın hüquq və vəzifələri, birgə mülkiyyət haqqında ətraflı məlumat verilib.
Təlim zamanı könüllülərin həm təlim mövzusuna aid, həm də digər hüquq münasibətlərinə aid sualları cavablandırılıb.
Təlimçi Babək Həmidovun dediyinə görə təlim könüllülər tərəfindən yüksək qiymətləndirilərək, digər hüquqi mövzularda da təlimlərin keçirilməsinə dair təkliflər verilib.
Qeyd edək ki, gələcəkdə könüllülər üçün digər hüquqi mövzularda da təlimlərin keçirilməsi nəzərdə tutulub.