Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, lakin əsasən yağmursuz keçəcək.
Gündüz cənub-şərq küləyi 7-12 m/s, axşam şimal-qərb küləyi 9-14 m/s sürətlə əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35°, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava gün ərzində əsasən yağmursuz olacaq.
Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s sürətlə əsəcək.
Havanın temperaturu gecə 14-19°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək.
Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək.
Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq.
Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək.
Havanın temperaturu gecə 19-23°, gündüz 28-33°, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentyabrın 10-11-də arabir güclənən xəzri küləyi fonunda temperaturun nisbətən enməsi müsbət amildir.