Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gecə Super Ay görünəcək

Bu gecə Super Ay görünəcək
Sentyabrın 9-una keçən gecə Yer kürəsinin sakinləri cari ildə son dəfə super-Aya tamaşa edə biləcəklər. Bu qeyri-adi astronomik hadisə Ayın bədirlənməsi və ya təzələnməsi ilə Ayın və Yerin ən çox yaxınlaşdığı vaxtda baş verir. Bu zaman Ay həmişəkindən daha böyük və daha parlaq görünür.


Ay perigeydə (Yer kürəsinə ən yaxın nöqtədə) olanda o, apogeydə (Yer kürəsindən ən uzaq nöqtədə) olduğu ilə müqayisədə 14 faiz böyük və 30 faiz parlaq görünür. Ay perigeydə olarkən onunla Yer arasındakı məsafə Ayın apogeydən keçdiyi vaxtla müqayisədə təxminən 50 min kilometr yaxın olur. Bu dəfə Ayın Yerə ən çox yaxınlaşdığı vaxt Şimal yarımkürəsində astronomik payız fəslinin başlanğıcı olan gecə-gündüzün bərabərliyi ərəfəsində ayın sonuncu bədirlənməsi ilə eyni vaxta düşür.



Bu dəfə Yerdən Aya qədər məsafə 359,1 min kilometr olacaq.



Adətən super-Ayı yarım ildə bir dəfə müşahidə etmək olur. Lakin 2014-cü ildə bu hadisələr daha “bol” olub: bu gecə sayca beşinci dəfə super-Ayı müşahidə etmək olacaq.



Bu il yanvarın 1-də və 30-da iyulun 12-də və avqustun 10-da Ay qeyri-adi dərəcədə böyük görünüb.


Teqlər:
Bu xəbər cəmi 980 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR