Daxil olan məlumata görə, konfransdan əvvəl tədbir iştirakçıları şəhərin baş meydanında Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Gəncə şəhər icra başçısı Elmar Vəliyev və Təhsil nazirinin müavini Ceyhun Bayramov tədbirdə çıxış edərək, bütün təhsil işçilərini qarşıdan gələn “Bilik günü” münasibətilə təbrik edib, onlara işlərində yeni-yeni nailiyyətlər arzulayıblar.
Konfransda qeyd olunub ki, ötən tədris ilində şəhərin 31, 25, 12 nömrəli tam orta məktəblərinin əsaslı təmirdən sonra açılışı olub, 16 və 32 nömrəli tam orta məktəblərdə yeni korpus, Uşaq Yaradıcılıq Mərkəzinin yeni binası şagirdlərin istifadəsinə verilib. Bu tədris ilində isə 4, 26, 39 və 40 nömrəli tam orta məktəblər şagirdlərin istifadəsinə veriləcək.
Hazırda Təhsil İdarəsinin yeni binasının tikintisi başa çatıb və yaxın günlərdə açılışı olacaq.
Sonda 650-dən çox bal toplayan məzunlar mükafatlandırılıb və onlara qiymətli hədiyyələr verilib.