Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şəhər parklarında “Wi-Fi” olacaq

Şəhər parklarında “Wi-Fi” olacaq
Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq.


Simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək. Məlumatı Gəncənin icra başçısı Elmar Vəliyev də təsdiqləyib: “Artıq layihə hazırlanıb, Yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq, ilin sonuna şəhərdə internet istifadəçiləri pulsuz internetdən yararlanacaqlar”. 



İlkin mərhələdə hava limanından şəhərin çıxışına - Qala Qapıları: Arxeologiya və Etnoqrafiya muzeyinə qədər olan ərazi tamamilə internetlə təmin ediləcək. Həmçinin hazırda vətəndaşlarımızın daha çox toplandığı H.Əliyev park kompleksinin ərazisində və İcra Hakimiyyətinin qarşısında yerləşən H. Əliyev meydanı ərazisindən ADAU-ya qədər ərazi, buraya GDU-nun da ərazisi daxildir, 500 metr radiusda tamamilə internetlə təmin ediləcək. Layihənin ikinci və üçüncü mərhələsinin reallaşmasıyla şəhərin bütün hissələrində internetə çıxış təmin ediləcək. Artıq layihənin ilkin mərhələsinin icrasına başlanılıb. Lazımi avadanlıqlar sifariş olunub. Türkiyəli mütəxəssislərinin dəstəyi və ADAU-nun İnnovasiya Mərkəzinin köməyilə bu ilin sonuna qədər layihənin icrası yekunlaşdırılmalıdır. Layihədə süni istifadə hallarının qarşısının alınması da nəzərdə tutulub ki, buna müəyyən vaxt və yükləmə məhdudiyyətləri daxildir. “Wi-Fi” istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə rəsmi olaraq qeydiyyatdan keçməli olacaqlar.



Qeyd edək ki, hazırda sözügedən şəhərdə 21 mindən çox genişzolaqlı internet istifadəçisi var.


Teqlər:
Bu xəbər cəmi 975 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR