Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan əsgərinin döyüş ruhu yüksək səviyyədədir

Azərbaycan əsgərinin döyüş ruhu yüksək səviyyədədir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin bəyanatına münasibət bildirib


Yerevandakı hərbi-siyasi rejim növbəti dəfə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatla bu ölkədəki acınacaqlı vəziyyəti etiraf etmək məcburiyyətində qalıb. Bu sözlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin Ermənistanın Müdafiə Nazirliyinin bəyanatına cavabında əksini tapıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, həqiqətən də ağır iqtisadi vəziyyət, yoxsulluq səviyyəsinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi, ağır demoqrafik durum, kütləvi miqrasiya Ermənistandakı sosial-iqtisadi şəraiti partlayış həddinə çatdırıb.

Ermənistandan fərqli olaraq Azərbaycanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti dövlətimizin və onun rəhbərliyinin diqqət mərkəzində olduğu kimi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki təminatının artırılması da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa nəzarəti və qayğısı əhatəsindədir.

İyulun sonları və avqustun əvvəllərində qoşunların təmas xəttində xeyli sayda canlı qüvvə sarıdan itki verən erməni tərəfi bu gün də özünə gələ bilməyib. Düşmən tərəfin hərbi rejimi həmişə olduğu kimi, yenə də həqiqətə uyğun olmayan məlumatları qəsdən erməni ictimaiyyətinə zorla yedirdir və onu informasiya boşluğunda saxlayır.

Bir çox beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistanın hərbi-siyasi rejimi daxili problemləri həll etmək əvəzinə, erməni xalqının fikrini əsas məsələlərdən yayındıraraq günahı Azərbaycan tərəfində görməyə üstünlük verir.

Ermənistanın hərbi potensialının və iqtisadiyyatının bütövlükdə ayrı-ayrı xarici dairələrin əlində cəmləşməsi, ordudakı hərbi texnikanın döyüşə hazır vəziyyətdə olmaması və taktiki-texniki baxımdan köhnəlməsi, peşəkar hərbi təhsil sisteminin tam formalaşmaması, ordudakı intizamsızlıq, korrupsiya, qeyri-döyüş itkilərinin, yoluxucu xəstəliklərin, çağırışdan boyun qaçıranların sayının kəskin surətdə artması, demoqrafik vəziyyətlə əlaqədar hərbi hissələrdə və ön xətdə əsgər çatışmazlığı, bu səbəbdən də onların əvəzinə qeyri-peşəkar əhalinin səngərlərdə istifadə edilməsi, müqaviləli xidmətə keçid adı altında kriminal keçmişə sahib və Ermənistanın müxtəlif oliqarx dairələrinin nəzarətində olan silahlı qruplaşmaların üzvlərinin orduya cəlb olunması qonşu dövlətin hərbi təhlükəsizlik sektorunun hansı vəziyyətdə olmasını açıq-aydın nümayiş etdirir.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatı ciddi qəbul etmir və bunu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində Silahlı Qüvvələrimizin artan hərbi potensialı qarşısında ruhdan düşən narazı erməni ictimaiyyətinə ünvanlanan təsəlli kimi qiymətləndirir.


Teqlər:
Bu xəbər cəmi 1310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR