Onun sözlərinə görə, “Aztelekom” İstehsalat Birliyi, "Bakı Telefon Rabitəsi" İstehsalat Bİlriyi və digər stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün müəssisələrin Açıq Səhmdar Cəmiyyətə çevrilməsi prosesi tam şəkildə olaraq bu ilin sonuna və ya gələn ilin birinci rübünə qədər həll olunacaq.
Nazir deyib ki, hazırda rabitə müəssisələrinin özəlləşdirmə öncəsi qiymətləndirilməsi çərçivəsində fəal iş aparılır: “Yaxın vaxtlarda auditin keçirilməsi üçün konsaltinq şirkətinin cəlb edilməsi planlaşdırılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qiymətləndirmələrinə görə, "Aztelekom" İB-nin dəyəri bir milyard dolları ötəcək. Nazirliyin perspektiv planlarına İB-nin tabeliyində olan bütün müəssisələrin özəlləşdirilməsi daxildir”.
Əli Abbasov qeyd edib ki, Azərbaycanın poçt operatoru kreditlərin verilməsinə hazırlaşır: "Bu addım Mərkəzi Bankın tövsiyələri əsasında atılacaq. İlk müddət üçün böyük məbləğlər ayrılmayacaq. Çünki bu pilot layihədir. Əgər effekt vermiş olsa, sonda bu layihə genişləndiriləcək. Burada böyük risklərə yol verilməyəcək"
Nazir “Azərpoçt”un özəlləşdirilməsi ilə bağlı yeni plan hazırlıqlarından da danışıb Bildirib ki, bu planın reallaşdırlması üçün müsbət addımlar atılacaq.
Əli Abbasov qeyd edib ki, Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin başlaması üçün həll edilməmiş məsələ qalmayıb:
"Yaxın zamanlarda RİTN ilə Dövlət Neft Fondunun birlikdə həyata keçirdiyi genişzolaqlı optik internet infrastrukturu layihəsi gerçəkləşəcək ki, bu istiqamətdə görülən işlərin keyfiyyətinə öz təsirini göstərəcək".
Nazir bildirb ki, Azərbaycanda internetin qiyməti regionun digər dövlətlərindəki qiymətlərlə, demək olar, eynidir.