Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Samsung Note 4-ü göstərdi

Samsung Note 4-ü göstərdi
Samsung Electronics şirkəti Nyu-Yorkda öz yeni Galaxy Note 4 fabletini, həmçinin bükük ekranla təchiz edilmiş yeni Galaxy Note Edge brend smartfonunu nümayiş etdirib.


Note 4 fableti təqdimatın əsas yeniliyi olub. Bu il Samsung şirkəti 2560x1440 piksel təsvir ölçülü 5,7 düymlük AMOLED ekranlı qurğu hazırlayıb.



Note 4 tableti Android 4.4 platforması ilə işləyir. Yeni fablet 2.7 QHs takt tezlikli Qualcomm Snapdragon 805 qabaqcıl mikroprosessoru, 3 QB əməli yaddaş və 32 QB fləş-yaddaşla təchiz olunub.



Arxa kamera 16 Mp, ön kamera 3,7 Mp təşkil edir. MicroSD yaddaş slotunun hesabına yaddaşı 64 QB-dək artırmaq mümkündür. Akkumulyator batareyasının tutumu 3220 milliamper/saatdır.



Qurğunun başqa parametrləri sadədir: S Pen stilusunun dəstəyi var. Smartfon hazırda toxunuşlara daha yaxşı cavab verir: Note 4 fabletində toxunuş üçün 2048 həssaslıq dərəcəsi var. Note 3-də bu göstərici 1024 olub. Fabletin yeni versiyasının dizaynı Note 3-dən çox fərqlənmir, ancaq Galaxy S5 smartfonunda olduğu kimi yeni datçiklər quraşdırılıb: barmaq izi, həmçinin nəbz. Eyni zamanda qurğunun arxa hissəsində UV datçik var.



Şirkət TouchWiz interfeysində bəzi dəyişikliklər həyata keçirib. Yeniliklərin çox hissəsi çoxpəncərəli rejimlə bağlıdır. İstifadəçilər S Pen stilusunun köməyi ilə ekranda tətbiqləri kiçildərək onlar arasında keçid edə bilər.



Galaxy Note 4 satışlarına oktyabrda start veriləcək, qiyməti hələ ki açıqlanmayıb.



Galaxy Note Edge smartfonunda ekran kənar hissədən bükülüb. Cihaz 2560x1600 piksel təsvir ölçülü 5,6 düymlük ekrana malikdir.



Note Edge smartfonunun aparat içliyi demək olar ki Note 4 ilə eynidir. Fərq yalnız akkumulyatorun tutumundadır.



Samsungun nümayəndələri deyiblər ki, Note Edge smartfonu bəzi bazarlarda satılacaq, qiyməti açıqlanmayıb.


Teqlər:
Bu xəbər cəmi 1315 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR