Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

XALQ ARTİSTLƏRİNİN MEDİADA SAVAŞI DAHA DA QIZIŞDI

XALQ ARTİSTLƏRİNİN MEDİADA SAVAŞI DAHA DA QIZIŞDI
Nazpəri Dostəliyeva da açıq məktub yazdı: “Bu yalanların bir həddi yoxdurmu?”


Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyeva ilə arasında baş verənlərlə bağlı açıqlama yayıb. APA-nın verdiyi məlumata görə, açıqlamada bildirilib ki, məcburiyyət qarşısında qalaraq, media vasitəsilə İlhamə Quliyevanın açıq məktubunu cavablandırıb. 



Yeddi müddəadan ibarət olan açıqlamada N.Dostəliyeva baş verənlərə, yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışıb. “İlhamə elə müraciətinin birinci cümləsində qeyd edir ki, guya adını belə qeyd etməyi özünə rəva görmədiyi möhtərəm prezidentimiz İlham Əliyevə Azərbaycanın istənilən vətəndaşı yox, ancaq o və onun kimiləri müraciət edə bilər. Qəribə məntiqdir. Həmin vaxt o, yaddan çıxarıb ki, hələ hakimiyyətə gəldiyi ilk gündən cənab İlham Əliyevin özünün qeyd etdiyi kimi, o, bütün azərbaycanlıların prezidentidir, daha İlhamənin qeyd etdiyi kimi, onun və onun kimilərin yox”,- deyə o, müraciətində bildirir.





Müğənninin sözlərinə görə, heç vaxt İ.Quliyevanı parodiya etməyib: “Əgər İlhamə kimsə tərəfindən parodiya ediləcəyindən narahatdırsa, niyə öz yaşına, dövlətimizin ona verdiyi titullara uyğun hərəkətlər etmir ki, sonra da parodiya olunmaqdan qorxsun”. N.Dostəliyeva həmkarının açıq məktubunda yazdıqlarının hər birini ayrı-ayrılıqda təkzib edib və İ.Quliyevanın yalan danışdığını vurğulayıb: “Sözün düzü, mən başa düşə bilmirəm ki, bu yalanların bir həddi yoxdurmu? Axı bütün xalqın gözü qarşısında baş verən hadisələrə necə belə yalanlar qoşmaq olar. İlhamə belə hərəkətləri ilə bütün xalqı aşağılayır, yoxsa... O ki qaldı mənə növbəti dəfə polis orqanları ilə hədə-qorxu gəlməsinə, mən bu barədə kütləvi informasiya vasitələrinə qədərincə açıqlama vermişəm və hazırda da mənim müraciətlərim əsasında müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır”.

N.Dostəliyeva İ.Quliyevanın titulları barədə iranoya ilə danışıb: “Daha sonra İlhamə özünün qeyd etdiyi kimi, ”Dünya sülh səfiri", “Cenevrədə BMT-nin İdarə Heyətinin üzvü”, “Vətən mükafatı laureatı”, “Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti” kimi mövcud olmayan “titullarını” sadalayır. Başa düşülən deyil. Görəsən, mövcud olmayan “dünya sülh səfiri” titulunu ona kim layiq görüb, mövcud olmayan idarə heyətinə onu kim seçib və ya təyin edib, mövcud olmayan laureat adını ona kim və nə vaxt verib? O ki qaldı “Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti” məsələsinə, bu məsələ bir dəfə də, axırıncının təqdimatı ilə məhkəmə baxışı vaxtı araşdırılıb və məlum olub ki, dünyada nə elə bir akademiya var, nə də onun prezidenti. Lap şərti olaraq belə bir akademiyanın mövcudluğunu qəbul edə bilsək də, Azərbaycan Dövlət Universitetinin 2-ci kursundan qüsuruna görə xaric edilən İlhamə hər hansı bir akademiyaya necə prezidentlik edə bilər?"

Qeyd edək ki, xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında söz atışması bir neçə gündür ki, davam edir. N.Dostəliyevanın dövlət başçısına müraciətindən sonra İ.Quliyeva ona açıq məktub ünvanlayıb.


Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR