Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər sırasına daha biri əlavə olunub. Bu il ilk dəfə olaraq Azərbaycannın Müdafiə Nazirliyi ilə birgə rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsi yaradılıb.
Qeyd etmək lazımdır ki, bu ilin avqust ayında Səbail RİH-nin DİN Daxili Qoşunlarla birgə ənənəvi layihəsi əsasında artıq 9-cu dəfə keçirdiyi ənənəvi «Şahinlər» düşərgəsində 250 yeniyetmə istirahət edib, istirahət dövründə uşaqlar həm də ibtidai hərbi hazırlıqla bağlı biliklərə yiyələnib, Daxili Qoşunların Qubadakı hərbi hissəsi, əsgərlərimizin həyatı və məişəti, onların xidməti ilə yaxından tanış olub, Qubanın görməli yerlərini gəziblər.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Elmira Süleymanova, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Kamran Nəsibov, «N» saylı hərbi hisənin komandir əvəzi, polkovnik-leytenant Şahin Qəhrəmanov düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak ediblər.