Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Nazirliyində “qanunsuz tələbə köçürmələri imperiyası”

Təhsil Nazirliyində “qanunsuz tələbə köçürmələri imperiyası”
İlham Pirməmnmədov aşkar fatlarla üz-üzə: onu bu dəfə də xilas edə biləcəklərmi?


Uzun müddətdir ki, ölkədə qanunsuz tələbə köçürmələrinin mövcudluğu və bu işin arxasında Təhsil Nazirliyinin çox yüksək səviyyəli məmurlarının dayanması haqda məlumatlar səngimək bilmir. Düzdür, bununla bağlı müvafiq orqanlar müəyyən araşdırmalara başlasalar da bunun hələ ki, əməli nəticələri özünü göstərməyib. Bu günlərdə isə mediada yer alan bir xəbər mövzunu yenidən aktuallaşdırıb. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adından 3000 tələbənin köçürmə adı ilə qanunsuz yolla Azərbaycandakı bəzi ali məktəblərə qəbulu haqda müraciət yayıldı. Düzdür, müraciət bir neçə saat sonra TQDK tərəfindən təkzib olundu amma bu təkzib açıqlaması xəbərdəki əsas məqamı inkar anlamına gəlmir.



Qanunsuz tələbə köçürmələrinidən söhbət gedərkən ilk ağla gələn isim isə Misir Mərdanovun dövründə qılıncının dalı da qabağı da kəsən, Mikayıl Cabbarovun isə vəzifəsini aşağı saldığı İlham Pirməmmədovdur. Əvvəla ona görə ki, hansısa filial və ya universitet rəhbərliyi istəsə belə Təhsil Nazirliyi əməkdaşlarının iştirakı olmadan nə kiməsə saxta diplom verə, nə də qanunsuz tələbə köçürmələri həyata keçirə bilərlər. Digər bir məqam da var ki, məhz bu məqam bütün bu qaranlıq işlərin başında İlham Pirməmmədovun dayandığını düşünmək üçün əsaslar yaradır.



"Köçürmələr kralı” kimi tanınan İlham Pirməmmədovun bu qanunsuz fəaliyyətdən və onun Təhsil Nazirliyindəki hazırkı statusu haqda bəzi məlumatlarıı diqqətinizə çatdıraq. Qanunsuz köçürmələr sayəsində milyonlar qazandığı iddia olunan Pirməmmədovun bunu hansı mexanizmlə reallaşdırdığına göz ataq. Bunun üçün isə öncə bir suala cavab tapmalıyıq: Təhsildə köçürmə prossesi nədir? Bu, bir ali məktəbin tələbəsinin digər bir ali məktəbə, fərq imtahanları verməklə köçürülməsidir. Məsələn, tutaq ki, bir abituriyent özü və valideynləri arzulasa da, imtahan verdiyi 3-cü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq fakultəsinə daxil olmaq üçün yetərli keçid balı toplaya bilməyib. Topladığı bal isə BDU-nun Tarix fakultəsinə daxil olmaq üçün kifayət edir. Onda həmin abituriyent Tarix fakultəsinin 1-ci kursunu bitirdikdən sonra külli miqdarda pul vəsaiti xərcləmək və formal olaraq fərq imtahanları vermək hesabına Universitetin Hüquqşünaslıq fakultəsinin birinci və ya elə ikinci kursuna köçürülür.



İlham Pirməmmədovun digər qanunsuz tələbə köçürmələri aparan və külli miqdarda azərbaycanlı sayılıb seçilən milyonerlərindən pula lıb balalarını kanadada vaterloo universitetinə professor İlham Axundovun əli ilə hərbi xidmətdən yayınan uşaqları yerləşdirmək olub. Son 10 il ərzində İlham Axundov ilə iş biliyi quran İlham Pirməmmədov qazancının 80%ni ordan götürüb



İlham Pirməmmədovun adı qanunsuz tələbə köçürmələrində açıq şəkildə bir neçə il bundan öncə qanunsuz tələbə köçürmələri ilə bağlı nazirliyin keçmiş əməkdaşı Orxan Kərimovun işi ilə bağlı hallanmışdı. Xatırladaq ki, O. Kərimov 2011-ci ilin iyun ayında Təhsil Nazirliyində baş verən qanunsuzluqlarda ittiham olunaraq həbs edilmiş, sonradan isə ölkə rəhbərinin sərəncamı ilə əfv edilmişdi. Həmin vaxt qanunsuz tələbə köçürmələrində ittiham olunan Orxan Kərimovun elə məhkəmə zalındaca səsləndirdiyi fikirlər, irəli sürdüyü ittihamlar mövzunun düşünüldüyü qədər sadə olmadığını ortaya çıxarırdı. Hər halda onun açıqladığı faktlardan da görünürdü ki, köçürülmə ilə bağlı bütün sənədlərdə sabiq nazir M.Mərdanovun imzası var. Həmçinin nazirliyin əməkdaşları, ilk növbədə aparat rəhbəri İlham Pirməmmədov köçürülmələrlə əlaqədar keçirilən araşdırma prosesində iştirak edərək tələbələrin qanuni olaraq təhsil aldıqlarını və test üsulu ilə daxil olduqlarını deyiblər. Amma nə qədər maraqlı olsa da o zaman qanunsuz tələbə köçürmələri ilə bağlı Ilham Pirməmmədovun işi ayrıca icraata yönəldildi. Ardınca isə gözəgörünməz qüvvələr İ.Pirməmmədovu real təhlükə alavundan xilas etdilər. Halbuki, o zaman Təhsil Nazirliyinin Aparat rəhbəri olan şəxsin qanunsuz tələbə köçürmələrində onun birbaşa iştirakını sübut edən kifayət qədər faktlar var idi. Məsələn, köçürmə barədə sənədlərdən birindəgöstərilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetindən nazirliyə göndərilən məktub araşdırılıb. M.Mərdanovun imzası ilə rektora ünvanlanan müraciətdə bildirilir ki, siyahıda göstərilən tələbələrin ADPU-ya köçürülməsi qanunidir. Sənəddə göstərilir ki, tələbələrin müvafiq sənədləri nazirlik tərəfindən yoxlanılıb. Əksər sənədlərdə bu yoxlamanı nazirin müavini İlham Pirməmmədovun apardığı görünür. Həmçinin nazir Memarlıq və İnşaat Universitetinə, Bakı Dövlət Universitetinə də bu cür köçürmə barədə müsbət rəy verib. Sonradan isə həmin sənədlərdə adları çəkilən tələbələrin bir hissəsinin heç bir yerdə təhsil almadığı və qanunsuz olaraq köçürüldüyü məlum olub.

Rəsmi sənədlərdə isə göstərilir ki, "Köçürülmə üçün müraciət edən və siyahıda olan tələbələrin sənədləri qüvvədə olan əsasnamənin və təlimati sənədlərin tələbləri gözlənilməklə Təhsil Nazirliyində universitetin tədris şöbəsi ilə birlikdə araşdırılmış və onların köçürülməsinin mümkün olduğu müəyyən edilmişdir. Təhsil Nazirliyi qeyd olunanları nəzərə alıb adları göstərilən tələbələrin Bakı Dövlət Universitetinə qeyd olunan-ixtisaslar üzrə köçürülmələrinə icazə verir”. Bu sənədlərdən görünür ki, köçürülmə ilə bağlı araşdırma prosedurunda bütün sənədlərdə sabiq nazir M.Mərdanovun imzası var. Həmçinin nazirliyin əməkdaşları, ilk növbədə müavin İ.Pirməmmədov araşdırma prosesində iştirak edərək tələbələrin qanuni olaraq təhsil aldıqlarını və test üsulu ilə daxil olub-olmadığını "dəqiqləşdirir”.



Göründüyü kimi, Misir Mərdanovun nazir işlədiyi uzun illərdən bəri bu gəlirli qanunsuz köçürmə prosesinə məhz İlham Pirməmmədov rəhbərlik edib. Düzdür, yeni nazirin təyinatından sonra Pirməmədov daha əvvəlki kimi fəallıq göstərə bilmir. Amma bu onun tam olaraq fəaliyyətsiz dayanması anlamına da gəlməməlidir. Mənbəmiz bununla bağlı bildirir ki, hazırda İlham Pirməmmədov köhnə əməllərinə görə "məşhər ayağına” çəkiləcəyindən narahatdır. TQDK adına səsləndirilən son müraciət də mövzunun gündəmdən düşmədiyini göstərir.


Teqlər:
Bu xəbər cəmi 1435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR