Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq. Ayın 2-də isə küləyin mülayimləşəcəyi gözlənilir.