Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Reyqan "erməni soyqırımı"nın əfsanə olduğunu öyrənibmiş

Reyqan
Bryus Feyn: “O vaxt öldürülən türklərin sayı ermənilərin sayından daha çox olub”


Ağ Ev 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı vaxtilə araşdırma aparıb. APA-nın “Qafqaz Online” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn açıqlayıb. O bildirib ki, araşdırma nəticəsində məlum olub ki, “erməni soyqırımı” barədə söhbətlər əsassızdır və 1915-ci ildə öldürülmüş türklərin sayı daha çox olub: “Ronald Reyqanın tapşırığına əsasən biz o vaxt araşdırma aparmışdıq. Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı İmperiyasının arxivlərində saxlanılan sənədlər aşkar edilmişdi. Araşdırma nəticəsində müəyyən edildi ki, o zaman öldürülən türklərin sayı ermənilərdən daha çox olub. “Erməni soyqırımı” barədə nağıllar erməni tarixçilərinin şəxsi təxəyyülünün məhsuludur. Erməni quldur dəstələri Anadoluda 2 milyondan çox türkü öldürmüşdülər”.



B. Feyn onu da əlavə edib ki, Osmanlı dövründə bütün dini və etnik azlıqlar türklərlə eyni hüquqlara malik idilər: “Türkiyədə o vaxt yaşayan yunanlar, kürdlər, çərkəzlər, ərəblər, ermənilər kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci Dünya Müharibəsi başlayanda ermənilər vətənə xəyanət edib, Osmanlı İmperiyasının düşmənlərinə qoşulublar. Ermənilər Qafqaz cəbhəsində ruslarla çiyin çiyinə döyüşürdülər. Onlar türk və gürcü kəndlərini qarət edib, insanları qırırdılar. Bizim apardığımız araşdırma zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə vermişdilər, erməni tərəfi isə qətiyyətlə öz arxivlərini açmaq istəmirdi. Düşünürəm ki, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər bütün dünyanın qarşısında, xüsusilə türklər qarşısında tarixi yalana yol verdikləri üçün üzr istəməli olacaqlar”.


Teqlər:
Bu xəbər cəmi 1640 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR