International Data Corporation (IDC) tədqiqat agentliyi analitiklərinin hesablamalarına görə, 2014-cü ilin ikinci rübündə server istehsalçılarının ümumi gəliri 12,6 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,5% çoxdur. Əvvəlki beş rüb məhsul satışının həcmi davamlı azalıb. Ötən rüb serverlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 2,2 milyona çatıb.
Başlanğıc səviyyəli serverlər seqmentində tədarük 4,9% yüksəlib ki, bu da beşinci ardıcıl artımdır. Bu halda orta səviyyəli aparatların buraxılışı 11,6% artıb və məhsuldar sistem sektorunda 9,8%-lik azalma qeydə alınıb.
HP şirkəti server satışı üzrə birinci yerdə qərarlaşıb: şirkət 2014-cü ilin ikinci rübündə 3,2 milyard dollar qazanıb ki, bu da ötənilki göstərici ilə müqayisədə 4% daha yüksəkdir.
Sözügedən bazarda ikinci yerdə IBM, üçüncüdə isə Dell şirkətləri qərarlaşıb.