Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 24-27, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.