Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. isti küləklər, cənub-şərq küləyi əsəcək və bu hava şəraiti bu həftənin sonunadək davam edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, qeyd olunub ki, avqustun 30-dək Abşeron yarımadasında isti temperatur diskomfortu, zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında açıq havada uzun müddət qalmaq məsləhət deyil.