Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumiyyətlə, cari yaz-yay mövsümündə 1062 nəfər əlilliyi olan şəxsi istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərib.
Qeyd edək ki, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda nəzərdə tutulan əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri uğurla həyata keçirilib. Proqrama əsasən, cari ilin yaz-yay mövsümündə 1062 nəfər bu kateqoriyadan olan şəxs ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərilib.
İstirahət müddətində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumiyyətlə, cari yaz-yay mövsümündə 1062 nəfər əlilliyi olan şəxsi istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərib.