“1. Elşad Abdullayevin birinci məqsədi qardaşı MTN mayoru Mahir Abdullayevin oğurlanması cinayətinin açılması və cinayəti törədənlərinin cəzalandırılmasıdır.
2. Bəxtiyar Sadıqovun belə deyək, hansı məzhəbə qulluq etdiyi hamıya bəllidir, adını jurnalist qoyub jurnalistlərə qarşı normal etik davranışı göstərməyən, dediyi sözlərin məsuliyyətinin fərqində olmayacaq qədər qeyri-peşəkar və nəhayət qanunsuz seçki şəraitində deputat mandatı əldə edən birindən nəsə gözləməyə dəyməz.
Bu şəxs, özündən yuxarıdakıların tapışırıqlarını yerinə yetirməklə məşğul olan qulluqçudan başqa bir şey deyil.
Saxta deputat mandatını qəbul etmək, özü bir cinayətdir, çox təəssüf ki, Bəxtiyar Sadıqov da bu cinayətin içindədir”.