Bu gün akıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-26°, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.
Azərbaycanın bölgələrində hava yağmursuz olacaq. Havanın temperaturu gecə 20-25 gündüz 32-39, dağlarda gecə 15-20 gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.