Daxil olan məlumata görə, avqustun 27-31-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının “Beynəlxalq Gənclər Düşərgəsi” öz işinə başlayacaq.
“AF Hotel-Novxanı”da keçirləcək tədbirdə 19 ölkədən iştirakçı qatılacaq. ABŞ, Azərbaycan, Moldova, Polşa, Monteneqro, Slovenyia, Türkiyə, İdoneziya, Vyetnam, Qazaxstan, Misir, Makedoniya, Rumıniya, Tunis, Efiopiya, Gürcüstan, Bangladeş və Moldovadan gəlmiş gənclər düşərgə çərçivəsində müxtəlif mövzuları müzakirə edəcəklər. Layihə çərçivəsində mədəniyyətlərarası dialoq və layihə idarəçiliyi barəsində treninqlər keçirləcək.
“Böyük İpək Yolu” BGİ” 2012-ci ildə Bakıda 27 ölkə gənclərinin iştirakı ilə təsis olunub. Təşkilatın məqsədi qədim ipək yolu üzərində yerləşən ölkələrin gəncləri ilə mədəni və humanitar əlaqələrin yaradılması və genişləndirlməsidir.