Daxil olan məlumata görə, Layihə çərçivəsində 23 avqust 2014-cü il tarixlərində Gənclər üçün nəzəri hissədən ibarət olan Velotəlimlər keçirilib. Layihənin açılış mərasimi 23 avqust saat 10:00-da “World Business Center”-in konfrans zalında baş tutub.
Gənclər Turizm İctimai Birliyinin sədri Ulviyyə Qəhrəmanlı iştirakçıları salamlayaraq, layihə haqqında məlumat verib. Daha sonra, SharkHead Velosipedçilər Klubunun təsisçisi Dmitriy Gələbiyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndəsi Pərviz Musayev, 2 Təkər Velosiped mağazasının nümayəndəsi Pərviz İlyasov gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunundan geniş şəkildə söhbət açıblar.
Layihə Bakı şəhərində velosipedin təbliğ edilməsi məqsədi ilə təlim proqramı, velotur və velosərginin keçirilməsi kimi fəaliyyətləri özündə cəmləyəcək.
Layihə çərçivəsində gənc fəallar üçün təlim proqramı təşkil ediləcək ki, bu da gənclərin velosipedin sağlam həyat tərzinin qurulmasında və sosial-psixoloji rolu və mühümlüyü sahəsində nəzəri, praktiki biliklərin artırılmasını qarşısına məqsəd qoyur. Təlim zamanı psixoloji sessiyada təşkil olunacaq ki, bu da iştirakçılar arasında stereotiplər və komplekslərdən azad olmaq üçün çox böyük bir təkan olacaq.
Qeyd edəkki, Velotəlimin praktiki hissəsi isə 24 avqust 2014-cü il tarixində VeloParkda keçiriləcək.
Təlim proqramlarından sonra 30 avqust 2014-cü il tarixində təlim proqramında iştirak edən gənclərin iştirakı ilə Bakı şəhərində (20:00 Hökümət Evinin qarşısından başlayaraq) böyük bir “Veloyürüş” həyata keçiriləcək.
Layihə çərçivəsində 31 avqust 2014-cü il velosiped satışı ilə məşğul olan xarici firmaların iştirakı ilə Bakı şəhərində “VeloSərgi” və layihənin bağlanış mərasimi keçiriləcəkdir.