Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycanda nəqliyyat infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli xidmət vasitələrinin yaradıldığı bildirilib, bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.