Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gülər Əhmədovanın əri danışdı

Gülər Əhmədovanın əri danışdı
“Hərdən içimdən Elşad Abdullayevə qəribə minnətdarlıq hissi keçir ki, dostumuzla düşmənimizi bizə tanıtdı”


Həbsdə olan eks millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov Moderator.az saytının suallarını cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik. 



 



Gülər Əhmədovanın əmlakıyla bağlı mətbuatda xeyli yazılar getdi...



Əmlaka aydınlıq gətirməzdən öncə sizə bir lətifə danışmaq istəyirəm. Mollanın gündə iki yumurta yumurtlayan bir toyuğu olur. Günlərin bir günü bazara gedərkən qonşusu onun qabağını kəsir ki, ay molla, eşitmişəm sənin toyuğun 4 yumurta yumurtlayır. Molla heç nə demir və başını aşağı salıb yoluna davam edir. Qabaqda da onun qabağını kəsib soruşurlar ki, deyirlər sənin toyuğun gündə 20 yumurta yumurtlayır. Nəhayət bazarda söhbət yayılır ki, mollanın toyuğu bir gendə 80 yumurta yumurtlayır. Axırda bir nəfər gəlir ki, ay molla, şah səni saraya çağırır. Mollanı şahın hüzuruna gətirirlər və şah soruşur ki, eşitmişəm sənin bir toyuğun var, gündə yüz yumurta yumurtlayır. Molla daha dözməyib deyir ki, şah sağ olsun, özün neçəsini üstünə qoymusan? Deməyim odur ki, siz jurnalistlər hərəniz birini üstünə qoyanda bəlli olur ki, Azərbaycanın yarısı bizim imiş, xəbərimiz yox. Bizim əmlakımızdan eninə - boyuna yazanlara deməyim odur ki, bizim adımıza çıxardıqları bütün əmlakı onlara bağışlayıram. Gülər xanım da dedi ki, o jurnalistlərin “tapdığı” bütün əmlakı onu tapana hədiyyə edirəm. Gəlin etiraf edək ki, bu qədər də yalan – palan olmaz da, bunu yazanlar və yazdıranlar Allahdan qorxmurlarmı? Gülər Əhmədovanın əmlakının siyahıya alınması barədə mətbuatda gedən məlumatların da hamısı yalan və uydurmadır. Çünki Gülər Əhmədova hazırda təqsirləndirilən şəxs qismində dindirilir. Əmlakın siyahıya alınması isə o vaxt aparılır ki, təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilir və əmlakın müsadirəsinə ehtiyac duyulduğu barədə məhkəmə qərar çıxarır.



Vaxtilə Gülər Əhmədovanın mətbuatda eninə - boyuna dartışılan bir açıqlaması vardı ki, ağzımı açdırmasınlar. Hadisələrin gedişi onu göstərir ki, gec – tez onun ağzını açdıracaqlar...



Gülər xanımın nəyi bilib – nəyi bilmədiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, bir halda ki, o “ağzımı açdırmayın” deyib, onun haqqında danışan insanlar ki, vardı, onlar haqqında kifayət qədər məlumatı var. Ən azı gərək özün mənəviyyatca təmiz və saf insan olasan ki, başqalarını da ittiham etməyə üzün ola.



Başınız qarışdı, Toğrulla görüşməyə imkan tapdınızmı, “karantin”dən çıxdımı? Psixoloji durumu necədir?



Bəli, onunla görüşdüm. Artıq “karantin”dən çıxıb və öz hərbi hissəsində hərbi xidmətini davam etdirir, heç kimin də sürücüsü – zadı deyil. Heç vaxt da sürücü olmayıb, indi də sürücülük etmək fikrində də deyil. Oğlum ali təhsillidir. İnşallah bir il hərbi xidmətini başqaları kimi başa vurub geri qayıdacaq.



O birisi övladınız?



O da Avropada təhsilini başa vurub gəlib qardaşı kimi vətənə olan borcunu nümunəvi xidmətiylə verəcək , əsgərliyini çəkəcək. Bunu yazdıran insanlardan soruşmaq istəyirəm ki, görəsən onların da övladlarının hərbi xidmətdə olduqlarını araşdırıblar, yoxsa yox? Mətbuatda oğlumun sürgün olunduğu barədə məlumatlar yayıldı. Axı vətən qarşısında hərbi borcunu yerinə yetirmək nə vaxtdan sürgün sayılıb? Dövlət hərbi xidmətə çağırdığı hər bir əsgərin sağlamlığına və təhlükəsizliyinə cavabdehlik daşıyır, eyni zamanda onu qoruyur. Biz dövlətə öz uşağımızı əmanət edirik. Hərbi xidməti sürgün kimi qəbul edənlərin yəqin ki, vətənpərvərlik hisssi yoxdur. Mənim övladım da hər kəsin övladı kimi vətən qarşısında öz borcunu verməyə gedib. Buna başqa ad verilməsi yolverilməzdir.



Gülər xanımın psixoloji durumu barədə də mətbuatda ziddiyyətli məlumatlar dolaşır. Onun həbsindən sonra yəqin dost – tanışlar da Sizdən qaçır...



Gülər xanım deyir ki, hərdən içimdən Elşad Abdullayevə qəribə minnətdarlıq hissi keçir ki, dostumuzla düşmənimizi bizə tanıtdı. İllərlə bizimlə bir süfrə arxasında oturub Gülər Əhmədovadan həm maddi, həm mənəvi dəstək alan insanlar elə bil birdən – birə yoxa çıxdılar. İnsan da bu qədər unutqan ola bilərmi? İllərlə kəsdiyi duz – çörəyi günün içərisində heçə saymaq, o insanı tanımamış kimi davranmaq bəzi insanlar üçün nə qədər də asan imiş. Sanki Gülər xanımın xəstəliklə və şantajla üz – üzə qaldığı o ağır günlərində telefonla da olsa bir kəlmə ilə əhvalını soruşsaydılar bu insanları çarmıxa çəkəcəkdilər. Sözün açığı bəlkə də Elşad Abdullayevin bu videosu olmasaydı, biz bu insanların əsl simasını tanıya bilməzdik. Elə bil bu hadisələrdən sonra onların sifətlərinin maskası çıxarıldı. Bizə də onların necə dost olduqları bəlli oldu.



Gülər xanımın bu gileyi yəqin ki, ünvanına çatacaq.



Mətbuatdan bircə xahişimiz odur ki, insaflı və qərəzsiz olsunlar. Heç olmasa gərək onlar unutmayaydılar ki, 16 illik ictimai – siyasi fəaliyyəti dönəmində Gülər Əhmədova həmişə mətbuata diqqətli olub və onların problemləriylə maraqlanıb, əlindən gələn köməyi əsirgəməyib. Onun dünyada Azərbaycan həqiqətlərinin yayılması, Çanaqqalada Azərbaycanlı şəhidlərin xatirə lövhəsinin qoyulması ilə bağlı əməyi, Çexiyada və digər Avropa ölkələrində Xocalı soyqırımının tanıdılmasıyla bağlı keçirdiyi tədbirlər və məruzələri, dünyanın tanınmış bir çox universitetlərindəki elmi çıxışları hər zaman Azərbaycanın dünyada tanıdılmasına xidmət edib. Bunu bir andaca necə unutmaq və bu xidmətlərin üstündən xətt çəkmək olar?



Evinizdə axtarış aparılıbmı?



Gülər xanımla bağlı 13 fevraldakı məhkəmə qərarından sonra mənzilimizdə və bağ evimizdə axtarış aparıldı. Ailəyə məxsus bütün kompüterlər, telefonlar, audio – video kasetlər, hətta uşağın multfilm diskləri götürüldü. Bundan başqa evdə olan Gülər xanıma məxsus bütün kosmetikanı, dərmanları, hətta şampuna qədər götürüb apardılar.



Uşaqdan söz düşmüşkən, o anasının həbsindən xəbərdardırmı?



Yox, ondan gizlətmişik. Demişik ki, Gülər xanım məzuniyyətdədir. Mətbuat ağzına gələni yazdığından onun harda qalmasıyla bağlı çox danışmaq istəmirəm, sadəcə onu deyim ki, yaxın qohumumuzgildə qalır. Təbii ki, uşaq olsa da ailədən ayrı düşməsi heç şübhəsiz onun psixikasına da ciddi təsir edir. Ancaq neynəmək olar, bu bir sınaqdır və ona sinə gərməyə məhkumuq.



Mətbuatın ağzına gələni yazdığını dediniz. Bu günlərdə yazıblar ki, guya Gülər xanımın dişinə görə təcridxanaya hətta stomatoloq da dəvət ediblər...



Bütün bunlar ciddi jurnalistikadan xəbəri olmayanların uçuz reklam naminə uydurduqları nağıllardır. Onlara demək istəyirəm ki, özlərini yeyib – tökməsinlər, Gülər xanım üçün heç bir stomatoloq dəvət olunmayıb və bütün dişləri də yerindədir.



 



Teqlər:
Bu xəbər cəmi 2245 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR