Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kreditlərlə bağlı daha bir qadağa

Kreditlərlə bağlı daha bir qadağa
Azərbaycanda fiziki şəxslər üçün nəzərdə tutulan kreditlərin reklamı qadağan edilib.


Yerli banklardan verilən məlumata görə, bununla bağlı onlara şifahi göstəriş verilib. Söhbət riteyl bank məhsullarından, yəni fiziki şəxslər üçün nəzərdə tutulan istehlak və digər kreditlərin televiziyada, qəzet-jurnallarda və internetdə yayılan reklamından gedir.



Banklardan fins.az-a bildirilənə görə, bu göstərişdən sonra reklamların dəyişdirilməsinə başlanıb - yəni istehlak kreditlərinin reklamı, biznes kreditlərinin reklamları ilə əvəz edilib. Bəzi hallarda isə reklamları dayandırmaq mümkün olmayıb:



"Bizim bundan sonra bir neçə ay ərzində nəzərdə tutulan müqavilələrimiz var və biz onları dərhal dəyişə bilmərik, sadəcə vaxtı başa çatandan sonra həmin reklamları digərləri ilə əvəz edəcəyik"- deyə bankların birindən fins.az-a bildirilib.



Bank nümayəndələrinin sözlərinə görə, artıq bu reklamların əvəzinə, digər bank məhsullarının reklamları, ya da sadəcə imic reklamları yayımlanacaq. Bununla bağlı yeni qadağa ölkənin reklam bazarının həcminə cidi təsir edə bilər.



Belə ki, bankların bəziləri biznes kreditlərinin reklamlarının və ya imic reklamlarının özlərini doğruldacağına şübhə ilə inanırlar:



"İstehlak kreditlərinin reklamı özünü doğruldurdu, reklam vasitəsilə müştəri cəlb edilirdi, amma imic reklamının müştəri cəlb edəcəyi inandırıcı görünmür".



Qeyd edək ki, Azərbaycanda istehlak kreditlərinin kəskin artması və ölkə əhalisinin əksəriyyətinin belə kreditlərlə yüklənməsi hökuməti artıq bir neçə aydır ki, narahat edir. B ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının tələbi ilə istehlak kreditlərinin verilməsi qaydaları sərtləşdirilsə də, istehlak kreditlərinin artımını dayandırmaq mümkün olmamışdı. Nəhayət, Nazirlər Kabinetinin 2014-cü ilin ilk yarım ilinin nəticələrinə həsr edilmiş iclasında prezident İlham Əliyev də bu məsələyə toxunaraq bankların yüksək faiz dərəcələri ilə istehlak kreditlərinə üstünlük verməsi siyasətini tənqid etmişdi.



Bundan sonra bəzi banklar kredit siyasətlərinə yenidən baxdılar - faiz dərəcələri bir qədər endirildi və biznes kreditlərinin təbliğinə başlandı. Hazırda istehlak kreditləri bazarında böyük payı olan banklar da öz strategiyalarını dəyişməyə hazırlaşırlar.


Teqlər:
Bu xəbər cəmi 1140 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR