İllər boyu Tiroidin onurğa beynini ciddi kompressiya edən və ağ ciyərə kompressiya edən giqant metastazdan (30 sm-dən böyük ) əziyyət çəkən 1957-ci təvəllüdlü Hacıyev Safalat Əmir Soltan oğlu əməliyyat olunaraq artıq rahat həyat tərzinə davam edə bilər.
Bildirilir ki, Zaqavqaziyada ilk dəfə icra edilən əməliyyat 15 saatdan çox çəkib, lakin ixtisaslı həkim heyəti – neyrocərrah Elşən Ağabalayev, torakal cərrah Elmar Məmmədov və həkim-otorinolarinqoloq Araz Əliyev əməliyyatı uğurla həyata keçiriblər. Əməliyyatın çətinliyi ondan ibarət olub ki, xəstə üzərində ardıcıl olaraq bir neçə əməliyyat keçirilib, tiroid vəzisi götürülüb, 8-ci döş fəqərəsi total (spondilektomiya), 7-ci döş fəqərəsi yarımçıq (oblik korpektomiya), həmçinin 4 qabırğa çıxarılıb, daha sonra onurğa sütunun və döş qəfəsinin rekonstruksiyası aparılıb.
Hazırda xəstənin vəziyyəti normaldır, həkimlərin sözlərinə görə, vəziyyəti stabildir və 1 həftədən sonra evə buraxılacaq.