Daxil olan məlumatına görə, bu konsert mövsümündə insanlar saray səhnəsindən maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa edəcəklər. Heydər Əliyev Sarayı yeni konsert mövsümünü sentyabrın 19-da “İsti payızın sərin nəğmələriİ” adlı geniş konsert proqramı ilə açacaq. Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə ölkənin ən tanınmış sənətçiləri iştirak edəcək. Konsertdə xalq artistləri, əməkdar artistlər, muğam ustaları, tanınmış müğənnilər və rəqs qrupları iştirak edəcək. Konsert saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 10 manatdan – 30 manata qədərdir.