Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Türkiyədə Qarabağ parkı açılacaq

Türkiyədə Qarabağ parkı açılacaq
Bolu bələdiyyə başqanı Bolunun Fəxr Vətəndaşı olan millət vəkili Qənirə Paşayevanın xahişini yerinə yertirəcəklərini və Boluda gözəl bir Qarabağ parkı açılacağını deyib.


Daxil olan məlumata görə, millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, Bolunin Fəxri Vətəndaşı Qənirə Paşayeva Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz ilə görüşüb. Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin,Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Bolu vilayətinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmış və bələdiyyə başçısının rəhbərliyi altında nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana səfəri zamanı onların bir hissəsini yerində gördüklərini xüsusi vurğulayıb. 



Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz yaxın zamanlarda Boluda Qarabağ parkının açılacağını və onun açılışında birgə iştirak etmək üçün millət vəkili Qənirə Paşayevanı da şəxsən dəvət edəcəyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaza Azərbaycanın qədim musiqi aləti saz hədiyyə edib. Koroğulunun yadigarı olan saz musiqi alətinə görə təşəkkürünü bildirən Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz bu hədiyyədən çox məmnun qaldığını deyib. Millət vəkili Qənirə Paşayeva Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaza Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar da təqdim edib.


Teqlər:
Bu xəbər cəmi 1155 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR