Musavat.com-un UNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Antiterror Mərkəzi ilkin yoxlamalar əsasında məlumat yayıb.
“KİV-də Rusiyadan daxil olan humanitar yardımın tərkibi ilə bağlı informasiyalar həqiqətdir – yükün böyük hissəsi adi su və duzdan ibarətdir. İlkin məlumatlara görə, yük maşınları təxminən 700 ton su gətirir. Operativ bilgilərə görə, bu suyu Moskva yaxınlığındakı Alabino hərbi poliqonunda yükləyiblər”, - deyə açıqlamada qeyd edilir.
Ancaq bu məlumat situasiyanı daha da dolaşıq edir. Axı, poliqonda hansı su yüklənə bilər? Bunu da ekspertlər aydınlaşdırmalıdır. İkinci yandan, xörək duzu istehsal və ixrac edən regionun duz nəyinə lazımdır? Bu da başqa bir tapmacadır.