Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, bu ilin ötən yeddi ayı ərzində ölkədə 683,9 min ton avtomobil benzini, 101,5 min ton neft-kimya sənayesində istifadə olunan benzin, 387,3 min ton ağ neft, 1333,5 min ton dizel yanacağı, 26,9 min ton sürtkü yağları və 149,6 min ton isə neft bitumu istehsal olunub.