Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nəqliyyat Nazirliyində təcili toplantı

Nəqliyyat Nazirliyində təcili toplantı
“2014-cü ilin 6 ayı ərzində ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin (avtobus, yük) iştirakı ilə baş verən qəzaların sayı ötən illərə nisbətən 13,7 faiz azalıb. 2013-cü ilin 6 ayı ilə müqayisədə ölənlərin sayı 10,4 faiz, yaralıların sayı isə 21,9 faiz azalıb”.


Bunu modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib.



O qeyd edib ki, bu gün nazirliyin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin toplantısı keçirilib. Ötən gün Bakıda baş vermiş məlum avtobus qəzasından sonra təşkil olunan toplantıda sahibkarlar, daşıyıcıların fiziki-hüquqi şəxsləri və bu işə məsul qurumlar, “Bakısərnişinnəqliyyatı” MMC-nin əməkdaşları da iştirak ediblər.



N.Həsənovun sözlərinə görə, toplantıda araşdırmaların nəticəsi müzakirə olunub: “Məlum olub ki, bu ilin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarında Dövlət Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu il hadisələrin sayı 17,2 faiz, yaralıların sayı 40,9, ölənlərin sayı isə 71,4 faiz azalıb.



Onun sözlərinə görə, hazırda Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən bir neçə istiqamətdə iş aparılır. Bunlardan biri də sürücü bazasının təşkil olunmasıdır. Belə ki, artıq dəfələrlə qəza törədən sürücülər işlə təmin olunmayacaqlar. Onlar barədə məlumatlar toplanılacaq və müvafiq qurumlar tərəfindən təhlil ediləcək. Onların yerinə yeni sürücü bazası hazırlanır. Onlar işə başlamamışdan təlim keçəcəklər.


Teqlər:
Bu xəbər cəmi 1830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR