“Forbes” jurnalı Azərbaycanı və Belarusu postsovet məkanında turizm baxımından ən cəlbedici ölkələrin siyahısına daxil edib.
ANS PRESS-in məlumatına görə, jurnal Belarusu səciyyələndirən aşağıdakı əlamətlərə diqqəti cəlb edir: təmizlik, səliqə-sahman, sakit həyat tərzi, cinayətkarlıq səviyyəsinin aşağı olması, işsizliyin olmaması, keyfiyyətli qida məhsullarının və xidmətlərin qiymətlərinin aşağı olmasıdır.
Jurnal Belarus ilə tanışlığı Minskdən başlamağı məsləhət görür. Brest qalasının turizm imkanları da tərifə layiqdir. Belarusdakı sanatoriyalar da diqqətdən kənarda qalmayıb.
Məqalədə göstərilir ki, artıq xərc çəkmədən səhhətini yaxşılaşdırmaq arzusunda olanlar üçün Belarus əla seçimdir.
“Forbes” jurnalının reytinq siyahısına Azərbaycan və Belarusdan əlavə Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Estoniya və bəzi başqa ölkələr də daxil edilib.