Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

TQDK-nın DƏRSLİK ÇIXDAŞI DAVAM EDİR

TQDK-nın DƏRSLİK ÇIXDAŞI DAVAM EDİR
Qurum ümumilikdə səkkiz dərsliyi ləğv edib, Təhsil Nazirliyi isə əhəmiyyət vermir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha üç orta məktəb dərsliyini qadağan edib. Ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqi davam etdirən qurum dördüncü sinif dərsliklərindən üçü barəsində mənfi rəy verib. Qeyd edək ki, indiyədək qurumun ekspert şurası araşdırmalar nəticəsində beş dərsliyin istifadəyə yararsız olduğunu müəyyənləşdirmişdi. Bu dəfə verdiyi qərarla TQDK səkkiz dərsliyi istifadəyə yararsız elan etdi. 4-cü sinif üçün “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərslikləri çıxdaş edilib. TQDK bu dərsliklərlə bağlı çoxsaylı nöqsanları sadalamaqla bərabər, onların təhsil proqramını (kurikulumu) tam əhatə etmədiyini vurğulayıb. Həmçinin qeyd olunub ki, dərsliyə çoxlu sayda iradlar bildirilsə də, onlar müəlliflər tərəfindən qəbul olunmayıb. 



Təhsil Nazirliyi isə səkkiz dərslik barədə verilən mənfi rəyə əhəmiyyət vermir. Qurumun dərslik və nəşriyyat şöbəsinin rəhbəri Faiq Şahbazlı bildirib ki, TQDK 8 dərsliyi ləğv etməyib: “O dərsliklər guya ki, istifadəyə yararsız hesab olunub. Qurum bunu istifadə üçün məqsədəuyğun hesab etməyib”.





F.Şahbazlı qeyd edib ki, birinci sinif dərslikləri ilə bağlı TQDK-nın rəyinə cavab hazırlayıblar: “Cavabı artıq TQDK-ya göndərmişik. Dərslikləri Qiymətləndirmə Şurası və dərslik müəllifləri cavab veriblər. Üçüncü sinif dərslikləri ilə bağlı rəyimiz birinci gün hazır olacaq. Dördüncü sinif dərslikləri barədə TQDK-nın rəyi isə hələ bizə gəlib çatmayıb. Gəlsin, baxıb cavab yazarıq”.

Nazirlik rəsmisinin sözlərinə görə, TQDK-nın heç bir dərsliklə bağlı rəyi qəbul olunan deyil: “Biz onların dediklərinin heç on faizi ilə razı deyilik. Bu səbəbdən dərsliklərdə elə bir problem görmürük ki, onları istifadədən yığışdıraq”.

Təhsil eksperti Əlövsət Osmanlı isə deyir ki, birdən-birə səkkiz dərsliyin çıxdaş olunması ciddi hadisədir: “Görünür, nazirlikdə dərslik və tədris vasitəsinin mahiyyəti o qədər də anlaşılmır. Dərslik təhsilin məzmununun əsas daşıyıcısıdır. Şagirdlər bu dərsliklərdən öyrənirlər, onun əsasında əldə etdikləri bilik, bacarıq və vərdişlərlə formalaşırlar. TQDK-nın aşkarladığı ciddi nöqsan və iradları nazirlik necə boş verə bilər, necə əhəmiyyətsiz hesab edə bilər? Belə çıxır ki, dərsliklərin bu vəziyyətə düşməsinin başında dayanan elə təhsil naziri özüdür ki, həmin adamları öz qanadının altına alır. Hesab edirəm ki, bu məsələlər ciddi araşdırılmalıdır. Burada ekspertlər cavab yazmalıdır. Ancaq TQDK-nın iradlarına, verdiyi rəyə cavabı yazan adamlar bu işi törədən adamlardır. Cavabı Dərslikləri Qiymətləndirmə Şurasının rəhbəri Elmina Kazımzadə və dərsliklərin müəllifləri cavablandırıb. Nazir heç olmasa həmin rəyi bir dəfə də olsun vərəqləyib baxıbmı? Dərsliklərin o vəziyyətdə olması dövləti cinayətdir. Bu, çox dəhşətli bir hadisədir. Baş verənlər müəllifləri və ümumilikdə Təhsil Nazirliyini hörmətdən salır".


Teqlər:
Bu xəbər cəmi 1590 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR