Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sarkisyanla Əliyevin diversantla bağlı dialoqu - Qorxub ölüb...

Sarkisyanla Əliyevin diversantla bağlı dialoqu - Qorxub ölüb...
“Azərbaycanla sərhəddəki insident əvvəlki intensivliyi ilə davam etmir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident Serj Sarkisyan dünən baş tutan üçtərəfli Soçi görüşündən sonra Ermənistan telekanalına verdiyi ilk müsahibəsində deyib: “Düşünmürəm ki, sərhəddəki insidentlər əvvəlki intensivliyi ilə davam etsin. Belə ki, son hadisələr göstərdi ki, erməni silahlı qüvvələri situasiyaya tam nəzarət edirlər və azərbaycanlıların bütün cəhdləri şübhəsiz ki, uğursuzluqla nəticələndi. Bəzi hallarda daha operativ və kəskin və bəzən isə bəzi itkilər bahasına”. Sarkisyan qeyd edib ki, ötən gün baş tutan Soçi görüşündə sərhəddəki son gərginliiyə də diqqət ayrılıb: “Düşünmürəm ki, yeni razılıq əldə olunması barədə (insidentin dayandırılmasına dair) danışıqlar aparılmasının mənası olsun. Çünki fərqi yoxdur saziş indi bağlandı yaxud daha əvvəl bağlanmışdı. 1994-1995-ci illərdə saziş imzalanmışdı və tərəflər həmin tələblərə əməl etməlidirlər. Əgər yeni bir vəziyyət yaranarsa, onun əsasında hərbi gücdən tamamilə istifadə etməmə barədə saziş imzalana bilər”. Sarkisyan qeyd edib ki, o zaman həmin sənəd atəşkəsin dayanması ilə bağlı sazişdən daha yüksək səviyyəli sənəd olacaq. Erməni lider qeyd edib ki, həmsədrlər tərəfindən də bu məsələ qaldırılır. Ermənistan prezidenti bildirib ki, İlham Əliyevlə görüşdə Azərbaycanda dünyasını dəyişən girov Karen Petrosyanla bağlı da söhbət ediblər. Sarkisyanın sözlərinə görə, prezident Vladimir Putinin də iştirak etdiyi üçtərəfli görüşdə Azərbaycan tərəfini Petrosyanı öldürməkdə ittiham edib. Prezident İlham Əliyev isə “Biz onu öldürməmişik, yəqin ki, qorxub ölüb”- cavabını verib.

Teqlər:
Bu xəbər cəmi 1065 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR