Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Soçidən sonra müharibə başlayacaq ” - Təhlil

“Soçidən sonra müharibə başlayacaq ” - Təhlil


Uğurlu Vətən savaşı üçün heç vaxt olmadığı qədər tarixi fürsət yaranıb; qlobal və regional şərtlər, daxili amillər və xalqın ovqatı - hamısı Qarabağın nəfinədir; düşməni yola gətirmək üçün hətta bir uğurlu lokal əməliyyat da yetər...

Prezidentlərin bu gün gözlənilən Soçi görüşü bütün parametrlərinə görə əvvəlkilərdən fərqlənəcək və əslində bir “qırmızı xətt” olacaq. Ayırıcı “qırmızı xətt ” - Qarabağ ixtilafı ətrafında Soçiyədək olan durum və ondan sonrakı vəziyyət. Məsələ ondadır ki, Azərbaycan və Ermənistanın dövlət başçıları arasında indiyədək reallaşmış onlarla görüşdən fərqli olaraq budəfəki təmas problem ətrafında görüş öncəsi olduqca həssas, kardinal şəkildə fərqli və özəl situasiyaya təsadüf edir. Bu da öz növbəsində Soçi danışıqlarının əhəmiyyətini birə-beş artırır.



O anlamda ki, növbəti nəticəsizlik münaqişənin tarixində tam yeni bir mərhələ aça bilər, o cümlədən qanlı bir mərhələ... Heç şübhəsiz, Moskva yönətimləri, ən əvvəl görüşün təşəbbüskarı olan prezident Vladimir Putin də bunun fərqindədir. Moskvada bilirlər ki, bu görüş o birilərinə bənzəməz, bənzəməməlidir, çünki havadan güclü barıt qoxusu gəlir. Kremlin isə bu dəqiqə iki cəbhədə savaş aparmaq və ya sərhədlərindən xeyli uzaqda olan (Rusiya heç Ukrayna ilə həmsərhəd ola-ola öz istədiyini edə bilmir) yeni savaşı idarə eləmək imkanları minimumdur.



Moskvaya Qarabağda savaş qətiyyən lazım deyil. Dəfələrlə yazılıb, bir daha qeyd edək ki, Ukrayna uğursuzluğundan sonra Putinə tezliklə ikinci belə hərbi avantüraya girişmək, üstəlik, sanksiyalar üzündən gündən-günə zəifləyən hərbi büdcə ilə girişmək gərək deyil. Yeni Qarabağ müharibəsi Rusiya üçün vasitəçilik oyununa son qoyub açıq şəkildə tərəf tutmaq deməkdir, Türkiyə kimi son illərin əvəzsiz iqtisadi tərəfdaşını itirmək təhlükəsi, Avrasiya layihələrinin (Avrasiya Birliyi, Gömrük İttifaqı) qeyri-müəyyən müddətə dəfn olunması deməkdir.



Bu üzdən Qarabağ savaşı başlarsa, Rusiyanın maksimum bitərəf qalacağı və savaşı dayandırmaq üçün tərəflərə təzyiqlər edəcəyi ehtimalı daha real qiymətləndirilir. Yerli və beynəlxalq çaplı təhlilçilər vurğunu həm də ona salırlar ki, Ukrayna böhranı ucbatından Rusiya-Qərb rəqabəti hələ bitməyib və bu fonda Qərbə, onun köklü maraqlarına qarşı Güney Qafqazda ikinci cəbhə açmaq - Kremlin postsovet məkanına yönəlik “Yaxın xaric” siyasətinin tam fiaskosu, onun dünyadan tam izolyasiyası, hətta çöküşü ilə sonuclana bilər.



Bir çox əcnəbi analitiklər və konfliktoloqlar da hesab edirlər ki, Soçidə münaqişənin həlli üzrə hansısa praktik irəliləyişə nail olunmasa, o zaman təmas xəttindəki gərginliyin artması qaçılmaz olacaq. Bu isə o deməkdir ki, istənilən an geniş miqyaslı hərbi əməliyyatlar başlana bilər. Bunu həm də hər iki tərəfdə hökm sürən ümumi ab-hava diktə edir. Özəlliklə də işğala məruz qalan Azərbaycanda ictimai ovqat müharibə variantının xeyrinədir. Rusiyada nəşr olunan “Nezavisimaya qazeta” bu xüsusda yazdığı da diqqət çəkir. Sitat: “Müharibənin başlanması üçün ümumi şərait yetişib. Əgər Soçi görüşü vəziyyəti yumşaltmasa, müharibə başlaya bilər. Bu gözləniləndir”, - deyə nəşr qeyd edib.



* * *

Qərbin yeni Qarabağ savaşına yanaşmasına gəlincə, mövqe Azərbaycanın əleyhinə deyil, ola da bilməz. Ən azı o səbəbə ki, ABŞ və Avropa Ukrayna nümunəsində beynəlxalq hüququn, postsovet ölkələrinin ərazi bütövlüyünün tərəfində, aqressiv separatçılığın isə əleyhinə olduğunu əyani şəkildə nümayiş etdirib və etdirməkdədir.



Söz düşmüşkən, ABŞ Senatı Ukrayna, Gürcüstan və Moldovaya NATO-dan kənar Amerikanın hərbi müttəfiqi statusu tanıyan qanun layihəsini artıq təsdiqləyib. Qanuna görə, bu ölkələrə hərbi təcavüz olarsa, Amerika qoşunları həmin ölkələri işğaldan qorumaq üçün onların ərazisinə qoşun yerdə bilər. Həmin qanun Amerikanın Ermənistana deyil, məhz Azərbaycana hərbi köməyini də nəzərdə tutur.



Bu sənəd əlbəttə ki, birbaşa Rusiyanın postsovet məkanında yeni avantüralarına qarşı yönəlib, onun əl-qolunu bağlamağa hesablanıb. Demək, Qarabağ məsələsinə də dəxli var. Bu, həmçinin anlama gəlir ki, daha Rusiya Ukraynaya hərbi müdaxilə edə bilməyəcək, əks halda, Amerika qoşunlarına tuş gələcək. Adekvat surətdə Moskva, Kreml Azərbaycana münasibətdə özünü gözləməli olacaq.



Azərbaycanın isə beynəlxalq hüquqdan, BMT Nizamnaməsindən qaynaqlanan (3-cü bənd) müharibə hüququ var və kimsə onu əlimizdən almayıb. Bu haqq bizə həmçinin, hələ də reallaşmayan BMT qətnamələri, AŞ PA-nın, Avroparlamentin, NATO PA-nın, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı kimi damğalayan qətnamələri verir.

***

Müharibə üçün daxili amillər də kifayət qədər əlverişlidir. Cəbhədəki son olaylara reaksiyalar göstərdi ki, nəticəsiz danışıqlardan bezən Azərbaycan xalqı gözlənildiyindən də artıq şəkildə öz torpaqlarının azad etməyə və daxili siyasətdə hər cür qüsurlarına, hətta repressiv hərəkətlərinə rəğmən, müharibə variantında hakimiyyətin arxasında durmağa hazırdır.



Bunu Qarabağ veteranlarının, sadə vətəndaşların könüllü dəstələr yaradıb döyüşə yollanmaq üçün prezidentə göndərdikləri çoxsaylı müraciətlər də təsdiqləyir. Nəhayət, siyasi müxalifət Vətən müharibəsi başlarsa, bütün imkanlarını Azərbaycan naminə səfərbər etməyə hazır olduğunu bir daha ortaya qoyub.



Beləcə, torpaqlarımızı yağı tapdağından hərbi yolla azad eləmək üçün əlimizə bəlkə də bir də belə unikal şans, məqam, fürsət düşməyəcək. Çünki 20 ildən çox atəşkəs müddətində qlobal və regional şərtlər, daxili amillər bunca üst-üstə düşməyib. Qalır təkcə siyasi rəhbərliyin qərarı.

***

Ukraynadakı kimi antiterror əməliyyatı adlanacaq bu müharibə lokal xarakterli da ola bilər: Azərbaycan ordusu ildırım sürətilə keçmiş DQMV-yə girmədən onun ətrafındakı cəmi bircə rayonu və ya 5-6 kəndi azad edib orada möhkəmlənməklə, üzücü danışıqlar prosesinin axarını dəyişə, onu həqiqi mənada konstruktiv məcraya yönəldə, paralel olaraq Qərbi, vasitəçi dövlətləri ikili standart yanaşmadan uzaqlaşmağa vadar edə bilər.

Heç kim demir ki, İrəvanadək gedək, yaxud Ermənistana girək. Buna lüzum yox. Hər halda, Ermənistan KTMT-nin üzvüdür. Bu amil də ciddiyə alınmalıdır - Rusiyanı zorla əleyhimizə qaldırmaq, antiterror əməliyyatını dövlətlərarası münaqişəyə çevirməyə gərək yox. Qeyd edildiyi kimi, hətta keçmiş DQMV ərazisinə girməyə də lüzum qalmır. Əgər Ermənistan Naxçıvan avantürasına getsə, Qars müqaviləsinə əsasən Türkiyəni qarşısında görəcək. Nə qaldı ki?



Müharibəni, yaxud antiterror əməliyyatını deyirik..


Teqlər:
Bu xəbər cəmi 1190 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR