Filmin rejissorları Xalq Artisti Rafiq Əliyev və Cavid Təvəkkül, operatoru Rauf Qurbanəliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir. Filmdə indiki uşaqların keçmişdə yaşıdlarının yaşadıqları həyat tərzi, onların münasibətləri göstərilir. Çəkilişlərə 300-400 məktəbli cəlb edilib. Əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir. Baş qəhrəman Xalid obrazını Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdi Tamerlan Ağayev oynayır.
“Dəyərli adlar”ın cari ilin sonunda kinosevərlərin ixtiyarına veriləcəyi gözlənilir.