Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

FHN-nin ən yaxşı xilasediciləri seçildi

FHN-nin ən yaxşı xilasediciləri seçildi
Cənub Regional Mərkəzində cari il üçün hazırlıq planına əsasən mərkəzin xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri ilə “Ən yaxşı xilasetmə növbəsinin və ən yaxşı xilasedicinin müəyyən edilməsi” üzrə yarış keçirilib.


Yarışın məqsədi mərkəzin xüsusi xilasetmə hissəsinin xilasedicilərinin döyüş hazırlığının və peşə qabiliyyətinin artırılması, xilasetmə növbələrinin şəxsi heyətinin nizam-intizamı və davranışları, sıra bilik və vərdişləri, xilasetmə növbələrinin şəxsi heyətinin fiziki hazırlığının, xilasetmə növbələrinin axtarış-xilasetmə işlərində istifadə olunan texnika, avadanlıq və cihazlar üzrə praktiki bilik və bacarıqlarının, xüsusi xilasetmə alət və avadanlıqlarının qısa vaxt ərzində işlək vəziyyətə gətirilməsi, onlardan daha tez, düzgün və təhlükəsiz istifadə olunmasından ibarət olub.



Yarışa mərkəzin xüsusi xilasetmə hissəsinin şəxsi heyəti, “Sprinter” (Mercedes-Benz) markalı xüsusi xilasetmə avtomobili, tibbi, alpinist, xüsusi xilasetmə alət və avadanlıqları cəlb edilib.



Dörd mərhələdə keçirilən yarışın birinci mərhələsi xilasetmə növbələrinin sıra baxışı ilə başlayıb. Növbəti mərhələdə şərti döyüş həyəcanı ilə xilasetmə növbələrinin ayrı-ayrılıqda hadisə yerinə xüsusi xilasetmə avtomobili ilə çıxışları həyata keçirilib. Xilasedicilərin hadisə yerində xüsusi xilasetmə alət və avadanlıqlardan düzgün istifadə qaydalarının mənimsənilməsi, ağır yol qəzası nəticəsində zərərçəkmişlərə ilkin tibbi yardım göstərilməsi vərdişləri yoxlanılıb. Sonra xilasedicilər tərəfindən yüksək mərtəbəli binada köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xüsusi alpinist alət və avadanlıqlardan istifadə etməklə xilas edilməsi həyata keçirilib. Üçüncü mərhələdə xilasedicilərin fiziki hazırlığı 100 metr məsafəyə qaçışla və turnikdə hazırlıq ilə yoxlanılıb. Sonuncu mərhələdə isə xilasedicilərin peşəkar hazırlığı proqramda nəzərdə tutulan fənlər, eləcə də mövcud normativ-hüquqi sənədlər üzrə hazırlanan test sualları vasitəsilə yoxlanılıb.



Sonda yarışın nəticələrinin qiymətləndirilməsi məqsədilə mərkəzin rəhbər heyəti tərəfindən hər bir mərhələ ayrılıqda qiymətləndirilib.



Yarış ərzində bütün təmrinləri daha tez, təhlükəsiz və düzgün icra edən xilasetmə növbəsi və ən yaxşı xilasedici yarışın qalibi adına layiq görülüb.


Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR