Görüş zamanı qeyd olunub ki, Azərbaycanda Rusiya kapitallı 570 şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən ölkəmizə yatırılmış investisiyaların həcmi 1,8 milyard ABŞ dollarını ötüb. Azərbaycan isə son 10 ildə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub və 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5 faiz artıb. Ş. Mustafayev xatırladıb ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il qeyri-neft ixracının 32 faizi, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30 faizdən çoxu bu ölkənin payına düşüb.
Səfiri Vladimir Doroxin ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini vurğulayaraq, Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına əhəmiyyətli dərəcədə tələbat olduğunu deyib.
Görüş zamanı səfir Rusiya Federasiyasının Azərbaycan Respublikasına təyin olunmuş ticarət nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təqdim edib.