“Yenimeydan.info”nun APA-ya istinadən məlumatına görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün əməliyyata qaldırılıb.
Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb.
3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən faktı təsdiqləyiblər.
Lakin ölümün səbəbləri barədə əlavə açıqlama verilməyib.