Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı "Dövlət Proqramı" çərçivəsində quruculuq və abadlıq işləri Lerik rayonuna da təsirsiz ötüşmədi.Tikilən məktəblər,çəkilən yollar,görülən genişmiqyaslı işlər göz önündədir.Lakin bununla belə problemlər də az deyil.Elə bu günlərdə redaksiyamıza Lerik rayon Aran kənd sakinləri tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur.Müraciətdə bildirilir ki, bir neçə il bundan qabaq kəndə dövlət vəsaiti hesabına müasir tipli məktəb tikilərək şagirdlərin ixtiyarına verilib.Lakin məktəbə çəkilməli olan su təhcizatı yarımçıq vəziyyətdə qalıb.Uzun illərdir ki, kəndə içməli və suvarma suyu ilə baglı çətinliklər var.Yay aylarında çətinlik bir az da artır.Dəfələrlə şikayət edilməsinə baxmayaraq rayonun baş bilənləri məsələyə biganəlik göstərirlər.Kəndlə bulaq arasında təqribən 800-1000 metr məsafə olar.Kənd camaatı suyun kanalını çəksələr də 200 metrlik məsafə şlanqla təhciz olunub.Sonradan hər şey yarımçıq qalıb.Məktəbin yolu bərbad vəziyyətdədir.Məktəbin həyətinə girmək belə çox çətindir.Təəsüflər olsun ki,bu kimi nöqsanlara aidiyyəti qurumlar diqqət yetirmirlər.
İnanırıq ki,kəndin sadaladığımız problemləri ,çətinlikləri qısa zamanda aradan qalxacaq və Dövlət Proqramında nəzərdə tutulmuş layihələr tam icra olunacaq.Eyni zamanda qarşı tərəfin mövqeini də öyrənməyə çalışacağıq.