Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Niderland höküməti bir şagirdin orta təhsili üçün il ərzində 7.300 avro xərcləyir”

“Niderland höküməti bir şagirdin orta təhsili üçün il ərzində 7.300 avro xərcləyir”
Mikayıl Cabbarov və Məleykə Abbaszadənin bu yazını oxuyacağına şübhə etmirik...


Moderator.az beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis, Niderlandda mühacir həyatı yaşayan Ataxan Əbilovun təhsilimizin problemləri və yaşadığı ölkənin təhsil sisteminin üstünlükləri barədəki ikinci yazısını təqdim edir:



Birinci yazı burada---moderator.az/?xeber=50056



Təhsilimiz və beynəlxalq təcrübə -2-ci yazı



Ölkədə ali məktəblərə test üsülü ilə keçirilən son qəbul imtahanlarında "keçid balının endirilməsilə" bağlı son illər formalaşmış ənənəyə, onu 150 bala salmaqla, bir daha sadiqlik nümayiş etdirildi. Bu nə qədər neqativ olsa da, təhsildə mövcüd vəziyyətə güzgü tutmuş oldu və müvafiq istiqamətdə real islahatların vacibliyini və zəruriliyini bir daha ortaya qoydu.



Bəri başdan qeyd etmək istərdim ki, təcrübəsinə istinad etdiyimiz Niderland təhsil sistemində sagird və abituriyentlərin təhsilin növbəti pilləsinə çıxışı üçün qəbul testləri (imtahanları) bir qayda olaraq keçirilmir. Bu zaman buraxılış testlərin nəticələri və onun əsasında verilən sənədlər kifayətedicidir. Şagirdin hansı növ orta məktəbdə oturması haqqında məsələ ibtidai (bazis) məktəbdə həll edilir. O cümlədən məzunun hansı ali məktəbdə tələbə ola biləcəyi onun bitirdiyi orta məktəbdə müəyyən edilir. Bunun üçün ikinci dəfə ali məktəbə qəbul üçün test imtahanın verilməsi nəzərdə tutulmayıb. Bunu aşağı ranqlı (bazis və orta məktəblərin) təhsil müəssələrin keyfiyyətinin və məsuliyyətinin formada saxlanılmasına təsir göstərən amillərdən biri kimi də xarakterizə etmək olar. Müvafiq orta məktəb diplomuna (attestat) malik olan məzun internet vasitəsilə ölkə üzrə mərkəzləşdirilmiş saytda oxuyacağı ali məktəbi seçir və bütün bürokratik məsələləri (tələb olunan sənədlərin surətləri, təhsil haqqı və s.) həll edir. Bundan sonra o, artıq tələbə statusunda sentyabr ayında dərsə çağırılır. Bu mövzüya növbəti yazıda bir daha qayıtmaq imkanı olduğundan hazırda Niderlandda orta təhsil və onun formaları haqqında danışarıq.







İlk yazıda qeyd olunduğu kimi Niderlandda orta təhsilin üç növü bəllidir:



a) peşə təhsilə hazırlıq;



b) ali təhsilə hazırlıq;



c) elmi təhsilə hazırlıq.







Dörd yaşından başlayan səkkiz illik ibtidai (bazis) təhsilin son ilində (təxminən 12 yaşda) ölkə boyu vahid mərkəzdə (Test inkişafı üçün Mərkəzi İnstitut - Niderland dilində: "CİTO") hazırlanan dil, oxu, hesab və dünyanın dərki blokları üzrə testlər keçirilir. Testlərin nəticələrinə əsasən şagirdlər orta təhsil almaq üçün üç qrupa bölünür. Yəni artıq 12 yaşında şagirdin bilik və bacarığına müvafiq olaraq onun gələcək orientasiyası müəyyən edilir. Düzdür, şagirdə gələcəkdə onun əldə edəcəyi nəticə əsas götürülərək orta təhsilin bir növündən digərinə keçid haqqı tanınır. Amma bu zaman orta təhsil almanın müddəti uzanır.







Peşə təhsilə hazırlıq. İbtidai məktəbdə CİTO testlərində zəif nəticə göstərən şagirdlər orta təhsil üçün bu qrupa yönləndirilir. Bu növ orta təhsil 4 il davam edir. Birinci iki ildə bu qrupda oturan bütün şagirdlərə eyni fənnlər tədris edilir. Sonrakı iki ildə isə şagird artıq seçdiyi konkret peşəyə (xidmət, texnik və s.) yiyələnməyə başlayır, müvafiq təcrübə dərsləri keçir, staj toplayır.







Ali təhsilə hazırlıq. Bu növ orta təhsil şagirdləri ali məktəbə hazırlaşdırır. Onun müddəti 5 ildir. Qrupa seçim zamanı şagirdin CİTO testin nəticəsilə yanaşı orta məktəblə ibtidai məktəbin şagirdlə bağlı əməkdaşlığı mühüm rol oynayır. Burda şagirdlər 4-cü ildən etibarən ixtisaslaşmağa başlayır. Onlar gələcəkdə ali təhsil alacaqları istiqaməti seçir və buna müvafiq olaraq ixtisaslaşırlar. Şagirdə aşağıdakı 4 istiqamət üzrə seçim imkanı verilir: 1) təbiət və texnika; 2) təbiət və sağlamlıq; 3) iqtisadiyyat və cəmiyyət; 4) mədəniyyət və cəmiyyət.



Diplom alan məzunlar təhsillərini ali məktəblərdə (Hogeschool) davam edirlər. Burda bir haşiyə çıxıb qeyd etmək istərdim ki, Niderlandda ali məktəblər universitetlərdən fərqləndirilir. Ali məktəblər ali peşə təhsili, universitetlər isə elmi təhsil verən müəssisələr kimi xarakterizə edilir.







Elmi təhsilə hazırlıq. Orta təhsilin bu növü 6 il davam edir. Bu növ orta təhsili diplomu olan məzun birbaşa universitet tələbəsi olma haqqına malikdir. Elmi təhsilə hazırlığın iki növü fərqləndirilir: athenium və gimnazium. Gimnaziumda klassik dillər olan latın və yunan dillərin öyrənilməsi məcburidir. Atheniumda isə şagirdə bu dillərlə bağlı seçmə imkanı verilir. Burda da şagirdlər 4-cü ildən başlayaraq ixtisaslaşaya yönləndirilirlər.







Orta təhsil siyasəti Niderlandda fərdlər üzərində qurulduğundan onun forma və növləri rəngarəngdir. Qeyd olunanlar yalnız onun əsas növləridir. Bundan əlavə xüsusi, dini təmayüllü və s. orta təhsil formalarına da rast gəlinir.







İbtidai təhsildə olduğu kimi orta təhsil də tamamilə pulsuzdur. Valideynlər orta təhsilə görə haqq ödəmir. Şagirdlər dərsliklərin əsas hissəsini də məktəbdən pulsuz alırlar. Hökümət bir şagirdin orta təhsili üçün bir il ərzində təxminən 7.300 avro xərcləyir.







Təhsil müfəttişliyi təhsilin keyfiyyətini nəzarətdə saxlayır. Yalnız müəyyən səviyyəyə cavab verən və müəyyən edilmiş testləri müvəffəqiyyətlə verən şagirdlərə diplom verilir. Tələbləri ödəməyən şagirdlər diplomsuz orta məktəbi tərk edirlər. Zəif məktəblər xüsusi siyahılara salınır və orada təhsil və tədrisin keyfiyyətini qaldırmaq üçün xüsusi proqramlar işlənilir.





 


Teqlər:
Bu xəbər cəmi 1475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR