Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident Administrasiyası 4 rayonda nöqsanlar aşkarlayıb- Siyahı

Prezident Administrasiyası 4 rayonda nöqsanlar aşkarlayıb- Siyahı
Bu araşdırmalar nəticəsində müəyyən edilən qüsurlar...


“Prezident Administrasiyasına daxil olan müraciətlər mütləq həmin gün qeydə alınır, 34 əsas, 135 alt mövzu üzrə sistemləşdirilərək 40-dan artıq parametr üzrə təhlil olunur”. 



Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. S.İsmayılovun “AzərTAc”da yayımlanmış məqaləsində vurğulanıb ki, xüsusilə vətəndaşların kollektiv müraciətləri nəzarət qaydasında araşdırılır, hər bir müraciətə vaxtında, obyektiv və əsaslı cavab verilməsi hər bir dövlət orqanından tələb olunur, bu məsələlər vaxtaşırı mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öyrənilir, bunun nəticələri barədə hazırlanmış arayış və icmallar tanış olmaq və icra edilmək üçün müvafiq dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına göndərilir:



“Son vaxtlar bu məsələlərə diqqət daha da artırılıb, bilavasitə vətəndaşların müraciətlərinə baxılması, həmçinin sənədlərlə işin təşkili vəziyyəti respublikanın Beyləqan, Lerik, İmişli, Biləsuvar və başqa rayonlarında müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə araşdırılıb. Bu araşdırmalar nəticəsində müəyyən edilən qüsurlar və çatışmazlıqlar hərtərəfli təhlil edilib ümumiləşdirilərək müvafiq məlumatlar bütün şəhər və rayon icra hakimiyyətlərinə göndərilib, yol verilən nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməsi tapşırılıb.



Belə araşdırmaların bundan sonra mütəmadi aparılacağını nəzərə alaraq respublikanın digər şəhər və rayon icra hakimiyyətləri üçün də səciyyəvi olan bəzi nöqsanları qeyd etmək yerinə düşərdi.



Adı çəkilən rayonlarda vətəndaşların müraciətlərinin yaranmasına səbəb olan amillər araşdırılarkən, ilk növbədə, vətəndaşlara onların tələbinin haqlı olub-olmaması, nəyə görə icra edilməməsi barədə vaxtında və əsaslandırılmış cavab verilmədiyini qeyd etmək lazımdır. Bəzi hallarda vətəndaşlara cavab verilməsi ümumiyyətlə unudulur.



Göstərilən rayonların icra hakimiyyəti orqanlarının fəaliyyətində torpaqayırma, dövlət ehtiyacları üçün istifadə olunan torpaqlara görə ödənişlərin aparılmaması, dövlət meşə fondunda, həmçinin torpaq islahatı zamanı damazlıq və toxumçuluq təsərrüfatları üçün saxlanmış torpaqların digər məqsədlər üçün paylanması və istifadəsi, xüsusilə kənd təsərrüfatı təyinatlı pay torpaqlarında qum, çınqıl karxanaları, istirahət mərkəzləri və digər istehsalat obyektləri tikilməsinə icazə verilməsidir. Təəssüf ki, hələ də bəzi şəhər və rayon icra hakimiyyətlərinin başçıları torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasına lazımınca diqqət yetirmirlər.



Şəhər və rayon icra hakimiyyətlərində vətəndaşların müraciətlərinə baxılmasında kargüzarlıq qaydalarına əməl edilməsində də nöqsanlar nəzərə çarpır. Çox vaxt yerli icra hakimiyyəti orqanlarının işçiləri, eləcə də onların yerli nümayəndələri, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının rəhbərləri kargüzarlıq qaydalarını lazımınca öyrənmir, bu işi tənzimləyən normativ hüquqi aktların tələblərinə riayət etmirlər.



Belə nöqsanların aradan qaldırılması üçün şəhər və rayon icra hakimiyyətlərində, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarında müraciətlərin müvafiq mövzular və növlər üzrə təhlillərinin aparılması, müraciətlərə nəzarət qaydasında, ayrı-ayrı hallarda bilavasitə yerində baxılması vacib məsələlərdən biridir. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri barədə verilən məlumatların dəqiq olmadığı, hətta yanlış məlumatların verildiyi üzə çıxır ki, bu da yolverilməzdir”.


Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR