Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Regionlarda ünvanlı sosial yardım təyinatı aparılmayacaq

Regionlarda ünvanlı sosial yardım təyinatı aparılmayacaq
Ünvanlı sosial yardım təyinatı yerlərdən yığışdırlaraq mərkəzləşdiriləcək. “APA-Economics”in xəbərinə görə, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib. Onun sözlərinə görə, ünvanlı sosial yardımların təyinatı və maliyyələşdirilməsi üçün respublika mərkəzinin yaradılması planlaşdırılır. İ.Rəhimov bildirib ki, vətəndaşlar respublika mərkəzinə ya internet vasitəsi ilə elektron qaydada, ya da ki, hər bir rayonda quraşdırılacaq xüsusi köşklər vasitəsi ilə yalnız ərizə ilə müraciət edə biləcək: “Vətəndaş heç bir orqana gəlmir, heç bir sənəd gətirmir. Yeganə tələb odur ki, vətəndaş adi ərizə ilə müraciət etməlidir.” Nazir müavini əlavə edib ki, Respublika Mərkəzinə daxil olan müraciətlər barədə vətəndaşlar dərhal sms vasitəsilə məlumatlandırılacaq. Bundan sonra, mövcud informasiya bazaları əsasında bu müraciətlər araşdırılacaq. “Araşdırmadan sonra mexanizmin 2-ci hissəsi işə düşəcək və müraciət edən vətəndaşların təsərrüfatı, gəlirləri və xərcləri bal sistemi ilə qiymətləndiriləcək. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı qərar barədə vətəndaşa sms-lə məlumat veriləcək”-deyə İ.Rəhimov vurğulayıb. Qeyd edək ki, ilkin olaraq bu layihənin pilot olaraq Azərbaycanın 5 rayonunda tətbiqi nəzərdə tutulub. Artıq bununla bağlı layihə Nazirlər Kabinetinə göndərilib. Hökümət razılıq versə, gələn ildən bu layihənin tətbiqinə başlanacaq.

Teqlər:
Bu xəbər cəmi 1890 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR